Aprel döyüşlərinin qəhrəmanları rəsmdə

Aprel döyüşlərinin qəhrəmanları rəsmdə
29 sentyabr 2017
# 15:20

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Jurnalist Ekspert Mərkəzi İctimai Birliyinin həyata keçirdiyi (JEM) “Aprel döyüşləri qəhrəmanlarının şücaət anını əks etdirən rəsmlərin yeniyetmə rəssamlar tərəfindən çəkilməsi və sərgilənməsi” layihəsi davam edir.

JEM-in mətbuat xidmətində bildirilib ki, 4 ay müddətində keçirilməsi nəzərdə tutulan layihə çərçivəsində Azərbaycan Dövlət Uşaq Filarmoniyasında təhsil alan yeniyetmə rəssamlar 2016-cı ilin aprel döyüşlərində işğalçı Ermənistan ordusunun təxribatlarının qarşısını alarkən şəhidlik zirvəsinə ucalan əsgər və zabitlərin şücaət göstərdiyi anın rəsmini çəkəcəklər.

Bildirilib ki, artıq şəhidlərin obrazlarının eskizləri tamamlanmaq üzrədir. Vətən uğrunda canlarından keçən 50 qəhrəmanın təsvir olunduğu rəsm əsərlərinin çəkilmə prosesi tam yekunlaşandan sonra noyabrda Azərbaycan Hərb Tarixi Muzeyində sərgi açılacaq.

Sonda rəsm əsərləri muzeyə hədiyyə olunacaq, yeniyetmə rəssamlar diplom və hədiyyələrlə mükafatlandırılacaq. /azertag.az/

# 926 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
# # #