Xalq Rəssamına həsr edilmiş sərgi açılıb

Xalq Rəssamına həsr edilmiş sərgi açılıb
27 sentyabr 2017
# 10:29

Sentyabrın 26-dan Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycanın Xalq Rəssamı Asəf Cəfərovun 90 illiyinə həsr olunmuş sərgisi açılıb.

Kulis.azın Azərtaca istinadən verdiyi xəbərə görə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşan sərgi sentyabrın 30-dək davam edəcək.

Tədbirdə Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq Rəssamı Ömər Eldarov, Mədəniyyət və Turizm Nazirliyinin təsviri sənət sektorunun müdiri Qalib Qasımov və başqaları çıxış edərək rəssamın həyat və yaradıcılığından danışıblar və sərginin əhəmiyyətini yüksək qiymətləndiriblər.

Qeyd ediblər ki, 1945-1950-ci illərdə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində ilk rəssamlıq təhsilini alan rəssam 1951-1957-ci illərdə B.İ.Surikov adına Rəssamlıq İnstitutunda ali təhsilini davam etdirib. Rəssamın zəngin yaradıcılığından söz açan natiqlər deyiblər ki, o, vaxtilə mükəmməl sənət əsərləri yaradıb.

Vurğulanıb ki, sərgidə Azərbaycan Milli İncəsənət Muzeyinin, Azərbaycan Dövlət Rəsm Qalereyasının və rəssamın ailə kolleksiyasından seçilmiş əsərləri nümayiş olunur. Asəf Cəfərov tematik tablo, portret, mənzərə və natürmort janrlarında özünəməxsus kompozisiya, kolorit ilə fərqlənən əsərlər yaradıb. Rəssamın yaradıcılığında milli çalarlar, folklora müraciət və ənənəvi məzmunlu mövzular üstünlük təşkil edir.

Diqqətə çatdırılıb ki, görkəmli fırça ustası “Ə.Vahid”, “V.Mustafazadə”, “S.Bəhlulzadə”, “Arif Məlikov”, “Cəfər Cabbarlı”, “Vəcihə Səmədova”, “Rəşid Behbudov” və digər onlarla tanınmış və görkəmli şəxsiyyətlərin portretinin müəllifidir. O, Abşeron mənzərələri silsiləsinə daxil olan “Abşeron”, “Daş hasarlar”, “Maştağa kəndi”, “Abşeronun qızıl qumları”, “Bakıda qış”, “İsti gün", “Qış”, “Əncir kolu”, “Bahar”, “Axşam motivi” və digər bu kimi əsərlər işləyib ərsəyə gətirib. Onun “Nəsimi azad düşüncəlilərin məclisində” və “Oyanış” əsərlərini tarixi janrda işlənib.

Sonra qonaqlar sərgi ilə tanış olublar.

# 787 dəfə oxunub

Oxşar xəbərlər

Erməni tarixçi:  “Dünyada erməni adında xalq olmayıb" - Müsahibə

Erməni tarixçi: “Dünyada erməni adında xalq olmayıb" - Müsahibə

21:00 24 aprel 2024
Çingiz Aytmatovun abidəsinin açılış mərasimi baş tutdu

Çingiz Aytmatovun abidəsinin açılış mərasimi baş tutdu

18:27 24 aprel 2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu

Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu

18:10 24 aprel 2024
III Regional xor müsabiqəsinə start verildi

III Regional xor müsabiqəsinə start verildi

18:00 24 aprel 2024
Məşhur rusiyalı bloger vəfat etdi

Məşhur rusiyalı bloger vəfat etdi

17:30 24 aprel 2024
“Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı oldu

“Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı oldu

17:00 24 aprel 2024
# # #