"XX əsr – fəryadın metafizikası”

"XX əsr – fəryadın metafizikası”
19 sentyabr 2017
# 09:57

Tənqidçi-ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru Azər Turanın növbəti kitabı çap olunub. Kulis.azın məlumatına görə “XX əsr – fəryadın metafizikası” adlı kitabda modernizm cərəyanı, onun dünya ədəbiyyatında qoyuluşu və təzahür şəkilləri çağdaş dünya humanitar fikri kontekstində araşdırılır, türkçülüyün tarixi, bu tarixin qurucuları və aparıcı hadisələri elmi araşdırmanın predmetinə çevrilir.

Türk dilinin, ədəbiyyatının, o cümlədən tarixinin təşəkkülü və inkişafında rol oynamış şəxslərin yaradıcılığı nəzəri analizə cəlb olunur.

“XX əsr – fəryadın metafizikası” bütünlükdə XX əsrin estetik dalğası üzərindədir, onun tarixini, inkişaf meyillərini, çağdaş milli və dünya ədəbiyyatı kontekstində mövqeyini öyrənmək baxımından zəngin material verir.

Kitabın ön sözünün müəllifi və redaktoru tənqidçi-ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru Elnarə Akimovadır.

# 919 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
# # #