Dahi bəstəkarın “küsəyən” xalqı - FELYETON

Dahi bəstəkarın “küsəyən” xalqı - <span style="color:red;">FELYETON
18 sentyabr 2019
# 17:15

Bu gün dahi bəstəkar, publisist Üzeyir Hacıbəyovun anım günüdür. Kulis.az bu münasibətlə Ü. Hacıbəyovun “Müsəlmanın işi” felyetonunu təqdim edir.

Camaatımızın cürbәcür xasiyyәtlәri vardır ki, qәzet yazıçıları hәr gün o barәdә dә yazıb, yazıb, genә dә yazırlar. Mәsәlәn, yatmaq, tәnbәllik, dalda qalmaq, xabi-qәflәt, ağlamaq lazım olmayanda ağlamaq, ağlamaq lazım olanda ağlamamaq vә sairә vә sairә.

Bәs, bir xasiyyәtimiz dәxi vardır ki, o barәdә qәzetçilәrimizin hәlә xәbәri yoxdu, amma mәn bu gün bildim. O xasiyyәt--küsmәkdir.

Hәqiqәt, camaatımız çox küsәyәn imiş. Özü dә küsmәyin bu kәlami-mövzun ilә bildirir: "Elә müsәlmanların işi belә olar".

- Balam, bizim qәzetimiz bu gün gәlib çıxmadı.

- Bu saat binagüzarlıq edәrik, sabah gәlәr.

- Sabahdan gәlәr?! Ah, elә müsәlmanın işi belә olar.

* * * * *

- Balam, bir mәqalә göndәrmişdim ki, mәnim başmaqlarım itibdir, neyçün qәzetәnin bir guşәsindә dәrc elәmәdiniz?

- İdarә mәslәhәt görmәdi.

- Odur ki, deyirәm: elә müsәlmanların işi belә olar.

* * * * *

- Balam, bu kitabın qiymәti neçәdir?

- Yarım manat.

- Yarım manat?!?! Elә müsәlmanların işi belә olar.

* * * * *

- Balam, neyçün mәnim oğlumu o biri klasa keçirmәdiniz?

- Sәnin oğlun dәrslәrindәn zәifdir.

- Zәif deyil, ancaq, elә müsәlmanın işi belә olar.

* ** * *

- Deyirәm, vallah, elә müsәlmanın işi belә olar.

- Nә olub ki?

-Әşi, altı şahı manat pul verib qarpız almışam, qarpız balqabaq kimi dadsız çıxıbdır.

* * * * *

- Kәrbәlayı Әli, bu beş manata xırda ver.

- Vallah, xırda yoxdur.

- Yoxdur? Balam, elә müsәlmanın işi belә olar.

* * * * *

- Adә, hambal, bu kisәlәri götür, apar Şamaxı yoluna. Al, bu da bir şahı manat.

- Hacı, kisәlәr ağırdır, bir şahı azdır.

- Bir şahı azdır? Hә, elә müsәlmanın işi belә olar özü dә iranlı ola.

Qәrәz, camaatımız çox küsәyәndir. Bir balaca o yan-bu yan oldu, bir dә görürsәn ki, xatirinә dәydi, küsdü, burnunu salladı.... Özümüz özümüzdәn küsürük. Ayrılar başımıza tәnbәki oyunu açsa da, qapazlasa da, tәpiklәsә dә küsmәrik. Öz müsәlmanımızdan küsәrik.... Balam, elә müsәlmanın işi belә olar.

# 2140 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
#
#
# # #