Mənim Aşıq Ədalət sevgim

Mənim Aşıq Ədalət sevgim
14 sentyabr 2017
# 16:43

Ədalət Nəsibova sevgimi zəlzələ kimi yaşamışam.

O, mənim həyatımda, mənəvi dünyamda şimşək kimi mövcuddur. Ona görə onunla üzbəüz gəlməyə, söhbət eləməyə, əl tutub görüşməyə heç vaxt ürək eləməmişəm.

Rastlaşanda yolumu dəyişmişəm.

Bu gün Çiçək Mahmudqızının nəcib təşəbbüsü ilə ustadı “Nərimanov”da kirayə qaldığı evdə ziyarət elədim.

Çox halsız idi...

İlk dəfə əlini sıxdım...

Üzündən öpdüm...

Təsəvvürümdəki tanrını axır ki, yerə endirdim, insanlaşdırdım. Amma nə illah elədim, bir kəlmə kəsəm, alınmadı. Gördüm, dindirmirəm Ədaləti. Ondan niyə küsmüşdüm, onunla niyə danışmırdım? Umduğum nə vardı ki, Ədalət onu edə bilərdi, lakin etmirdi? Ümumiyyətlə, ondan küsmüşdümmü? Bəlkə mənə yaşatdığı müqəddəs ağrıları ona bağışlamırdım? Bəlkə onunla görüşü mənə belə kədərli məqamda nəsib edən qədərə üz çevirirdim?

Bilmirəm...

Bayıra tez çıxdım...

Məndən sonra Çiçək xanıma deyib ki, bir az özümə gəlim, o oğlanı çağırarsan, söhbətləşərik, maraqlı gəldi mənə...

O, məni budda rahibləri kimi səssiz, sözsüz, hərəkətsiz anlamışdı.

Elə o haldaca...

Elə o zəifliyin, o qızdırmanın, o ağrıların içindəcə...

Allah ustadın arzuladığı, mənim qaçdığım o görüşü bizə çox görməsin!

Nə bilmək olar, bəlkə bu dəfə dindirdim Ədaləti...

Bəlkə bu dəfə bağışladım onu...

O namərdi!

20.08.2017

# 1631 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #