Venesiya festivalı başa çatdı - NƏTİCƏLƏR

Venesiya festivalı başa çatdı - <span style="color:red;">NƏTİCƏLƏR
12 sentyabr 2017
# 09:40

74-cü Venesiya kinofestivalının baş mükafatını – “Qızıl şir”i Meksika rejissoru Gilyermo del Torronun “Suyun forması” filmi qazanıb.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, “ən yaxşı rejissor işi” nominasiyasında “Gümüş şir” Ksavye Leqrana “”Qəyyum” filminə görə təqdim olunub.

İsrail kinematoqrafçısı Samuel Maoz isə “Fosktrot” filminə görə, jürinin əsas mükafatını qazanıb.

“Ən yaxşı kişi roluna görə” Kamel El Başa (“Təhqir” ), ən yaxşı qadın roluna görə Şarlotta Remplinq (“Hanna”) mükafatlandırılıblar. Çarli Plammerə ən yaxşı gənc aktyor kimi ayrıca Marçello Mastroyanni mükafatı təqdim edilib.

Martin Makdonax isə ən yaxşı ssenari nominasiyasında Osella mükafatını qazanıb. Jürinin xüsusi mükafatını isə Uolok Tornton “Əziz ölkə” filminə görə qazanıb.

“Ən yaxşı bərpa olunmuş film” kateqoriyasında mükafat sovet rejissoru Elem Klimovun “Get və bax” filminə verilib.

Aleksandr Peynin “Qısaca filmi ilə kinofestival sentyabrın 9-da Takeşi Kitanonun filmi ilə başa çatıb.

Xatırladaq ki jüri heyətinə Anett Beninq başçılıq edirdi və əsas müsabiqədə 21 film yarışırdı.

# 1294 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
# # #