Əlilliyi olan aktyorumuz İspaniyanın məşhur jurnalında – FOTOLAR

Fotoqraf Eltac Zeynalovun “ƏSA” Teatrı ilə bağlı foto-layihəsi İspaniyanın “Dodho” jurnalında dərc olunub.

 

Teatrdan verilən məlumata görə, əlilliyi olan insanların problemlərini qabartmaq, onların yaşam mübarizəsini işıqlandırmaq məqsədi daşıyan foto-layihənin ilk qəhrəmanı “ƏSA” Teatrının aktyoru Elvin Mirzəyevdir.

 

“Dodho” jurnalında “Kristal adam” kimi təqdim edilən Elvin Mirzəyev “natamam osteogenez” xəstəliyindən əziyyət çəkir. Uşaqlıq dövründən bu yana müxtəlif çətinliklərlə qarşılaşmasına baxmayaraq, öz məqsədləri uğrunda mübarizə aparıb, stereotipləri pozmağa çalışıb. Onun aktyorluq sevgisi fiziki məhdudiyyətinə qalib gəlib. Hazırda Elvin, ƏSA Teatrında baş tutan tamaşalarda uğurlu çıxış edir və özünü aktyor kimi daima inkişaf etdirməyə çalışır.

 

Foto-layihənin müəllifi Eltac Zeynalov hər gün rast gəlinən çətinliklərə baxmayaraq, əlilliyi olan insanların bu dünyadan imtina etməyəcəyini, bu dünyanın hamımız üçün olduğunu və əlilliyi olan insanların da bu dünyada yaşamağa, azad olmağa, həyatdan zövq almağa layiq olduqlarını bildirib.

 

Fotoqrafın sözlərinə görə, foto-layihə davamlı şəkildə həyata keçəcək. 

 

Göstərilən link vasitəsi ilə “Dodho” jurnalında dərc olunan foto-layihə ilə tanış ola bilərsiniz.

 

https://www.dodho.com/crystal-man-by-eltaj-zeynalov/

 

 

 

 

 

 

LENT

21 Sentyabr 2017
20 Sentyabr 2017
19 Sentyabr 2017
18 Sentyabr 2017