YUĞ mövsümə “Səsimi unutma” ilə başlayır

YUĞ mövsümə “Səsimi unutma” ilə başlayır
8 sentyabr 2017
# 10:04

Azərbaycan Dövlət YUĞ Teatrı yeni mövsümü sentyabrın 20-də K. Abdullanın “Bir, iki, bizimki” pyesi əsasında hazırlanmış “Səsimi unutma” tamaşası ilə açacaq.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru baş rejissor Gümrah Ömər, quruluşçu rəssamı teatrın baş rəssamı, əməkdar rəssam Rəşid Şerif, musiqi tərtibatçısı isə Amid Qasımovdur. Tamaşada əməkdar artistlər Məmməd Səfa və Gülzar Qurbanova, aktyorlar Amid Qasımov və Ləman Novruzova çıxış edir. Tamaşa saat 19.00-da başlayacaq.

Teatrda sentyabr ayında “Medeya. Sekvensiya 01”, “Boy”, “Metamorfoza” və “Sonuncu” tamaşaları nümayiş olunacaq.

YUĞ Teatrı bu mövsümdə Təranə Vahidin “Quş dili”, Qan Turalının “Polkovnikin üç günü”, H.İbsenin “Vahimə” əsərləri əsasında hazırlanan tamaşaları seyrçilərin diqqətinə təqdim etməyi planlaşdırır.

Tamaşaların premyeraları oktyabr ayına nəzərdə tutulub.

# 952 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
# # #