"Oskar"lı rejissor vəfat etdi

Amerikalı sənədli film rejissoru Mürrey Lerner vəfat edib.

 

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, rejissor 91 yaşında, Nyu-Yorkda böyrək çatışmazlığından vəfat edib.

 

Lerner 1981-ci ildə “Ən yaxşı sənədli film" nominasiyasında “Maodan Motsartadək: İsaak Stern Çində” filminə görə “Oskar” alıb. Film skripkaçı İsaak Sternin Çinə səfərindən bəhs edir.

 

Rejissor həmçinin Bob Dilanın ilk konsertindən kadrlar olan “Festival” filminin mmüəllifidir. Filmdə Bob Dilandan başqa Coan Baezin, Peter qrupunun, Paul and Mary-nin, Conni Keşanın  və şotlandiyalı musiqiçi Donavanın konsert çəkilişləri var.

 

Digər filmlərində də Lerner Cimmi Hendriksin, Mayls Deyvisin, The Who? The Doors, və Jetro Tull-un çıxışlarını çəkib.

 

LENT

21 Sentyabr 2017
20 Sentyabr 2017
19 Sentyabr 2017
18 Sentyabr 2017