"Qızıl şir" təqdim olundu - VENESİYADAN XƏBƏR VAR

74-cü Venesiya kinofestivalı davam edir.

 

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, festival artıq 78 yaşlı Jan Fonda Və 81 yaşlı Robert Redfordu Kinematoqrafiyaya töhvələrinə görə fəxri “Qızıl şir”lə təltif edib.

 

Həmçinin bu aktyorlar festivalda müsabiqədənkənar göstərilən “Ruhumuz gecədədir” filmində baş rolları oynayır.

 

Xatırladaq ki, festivalın əsas müsabiqə proqramında 21 film yarışır.

 

Corc Kluninin “Suburbikon”, Qilyermo del Torronun “Suyun forması”, Darren Aranofskinin “Ana!” romantik dramını “Qızıl şir”dən bir addım ayırır. Həmçinin Martin Makdonax, Abdellatif Keşiş, Corc Kluni filmləri ilə əsas müsabiqə proqramına qatılıblar.

 

Əsas müsabiqə ilə yanaşı festivalın altı müsabiqədənkənar proqramı var: Sənədli və bədii filmlər, xüsusi nümayişlər, “Horizontlar” və “Venesiya- virtual reallıq”.

 

Çinli rejissor Ay vey Veyin miqrasiya mövzusuna həsr olunan filmi sənədli filmlər proqramında yarışır.

 

“Virtual reallıq” da isə 22 eksperimental iş təqdim olunur.

 

Aleksandr Peynin “Qısaca filmi ilə açılan festival sentyabrın 9-da Takeşi Kitanonun filmi ilə başa çatacaq. Bağlanış və mükafatlandırma mərasimini 30 yaşlı italyan aparıcı Alessandro Borqi aparacaq. 

 

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
19 Noyabr 2017
18 Noyabr 2017
17 Noyabr 2017