Müslüm Maqomayev təqaüdü veriləcək

Müslüm Maqomayev təqaüdü veriləcək
31 avqust 2017
# 09:52

Müslüm Maqomayev Mədəni-Musiqi İrsi Fondu 2017-2018-ci tədris ilində dövlət ali musiqi məktəblərinin buraxılış kurslarının tələbələri üçün xüsusi təqaüd proqramı üzrə ərizə qəbuluna başlayıb.

Müslüm Maqomayev təqaüdü üçün ərizələr sentyabrın 1-dən oktyabrın 15-dək qəbul olunacaq. İstedadlı tələbələri dəstəkləmək məqsədilə təsis olunmuş təqaüd müsabiqə əsasında təyin edilir. Təqaüdə iddialı tələbələr ixtisas fənləri üzrə yaxşı və əla göstəricilərə malik olmalıdır. Təqaüd 2017-ci il sentyabrın 1-dən 2018-ci il iyunun 30-dək olan dövrü əhatə edir. Tələbələrə sertifikatlar SSRİ Xalq Artisti, professor Tamara Sinyavskayanın ustad dərsində təqdim olunacaq.

Ərizə qəbulu barədə ətraflı məlumatı http://www.m-magomaev.ru/ru/programs/stipendiati17-18/ linkindən öyrənmək olar.

AzərTac

# 992 dəfə oxunub

Oxşar xəbərlər

Spilberin yeni filminin mövzusu açıqlandı

Spilberin yeni filminin mövzusu açıqlandı

17:40 19 aprel 2024
“Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar”  mövzusunda ictimai müzakirə təşkil edildi

“Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edildi

16:30 19 aprel 2024
Əməkdar İncəsənət xadimi Məmmədağa Umudovla görüş keçirildi

Əməkdar İncəsənət xadimi Məmmədağa Umudovla görüş keçirildi

16:00 19 aprel 2024
“Sazlı, sözlü kəlağayı günləri”  silsilə tədbirlərlə davam edir

“Sazlı, sözlü kəlağayı günləri” silsilə tədbirlərlə davam edir

15:30 19 aprel 2024
Oxucularını aldadan yazıçı, Əli Kərim sevdalısı qadın və yaddaşımızdakı şeirlər - Reportaj

Oxucularını aldadan yazıçı, Əli Kərim sevdalısı qadın və yaddaşımızdakı şeirlər - Reportaj

15:00 19 aprel 2024
I Gənc mədəniyyət müxbirləri məktəbinə start verildi

I Gənc mədəniyyət müxbirləri məktəbinə start verildi

15:00 19 aprel 2024
# # #