Əliağa Vahid gecəsi keçiriləcək

Əliağa Vahid gecəsi keçiriləcək
25 avqust 2017
# 09:50

Sentyabrın 29-da Heydər Əliyev Sarayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair Əliağa Vahidin yaradıcılığına həsr olunan “Böyük Füzulimizin yadigarı mən özüməm” adlı ədəbi-bədii, musiqili gecə keçiriləcək.

Sarayın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, gecədə xalq artisti Əminə Yusifqızı, əməkdar artistlər Bəyimxanım Vəliyeva, Babək Niftəliyev, İlkin Əhmədov, xanəndələr Elnur Zeynalov, Abgül Mirzəliyev, Səbinə Ərəbli, Kamilə Nəbiyeva, Mirələm Mirələmov, Nigar Şabanova, Hüseyn Məlikov, Gülnar Qüdrətli, Məhəmməd Nəcəfov, Vəfa Vəzirova və Almaxanım Əhmədli iştirak edəcəklər. Konsertdə xanəndələr Əliağa Vahidin qəzəllərinə bəstələnmiş musiqi nömrələrini səsləndirəcəklər. Xanəndələri xalq artisti Möhlət Müslümovun rəhbərliyi ilə Azərbaycan Televiziya və Radiosunun Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri ansamblı müşayiət edəcək.

Saat 19:00-da başlayacaq konsertin biletlərinin qiyməti 10-50 manat təşkil edir. Biletləri "www.iticket.az" saytından onlayn, şəhərin kassalarından və "ASAN Xidmət" mərkəzlərindən əldə etmək olar.

# 1223 dəfə oxunub

Oxşar xəbərlər

“Fotolarda canlanan tarix”  sərgisi başa çatdı

“Fotolarda canlanan tarix” sərgisi başa çatdı

13:00 19 aprel 2024
Kağıza çəkilmiş kvadrat rəsmi 201 min dollara satıldı

Kağıza çəkilmiş kvadrat rəsmi 201 min dollara satıldı

12:30 19 aprel 2024
İki qəlbdə bir ehtiyac... - Tofiq Bayramın şeirləri

İki qəlbdə bir ehtiyac... - Tofiq Bayramın şeirləri

12:00 19 aprel 2024
Bu gün Gənc Tamaşaçılar Teatrında premyera olacaq

Bu gün Gənc Tamaşaçılar Teatrında premyera olacaq

11:27 19 aprel 2024
Xoakin Feniksin perfomansı tənqid olundu

Xoakin Feniksin perfomansı tənqid olundu

11:00 19 aprel 2024
"Qul" bədii filmi nümayiş olunub

"Qul" bədii filmi nümayiş olunub

10:40 19 aprel 2024
# # #