Bu gecə itləri güllələdilər – GÜNÜN ŞEİRİ

<b>Bu gecə itləri güllələdilər – <span style="color:red;">GÜNÜN ŞEİRİ </b>
19 avqust 2017
# 10:31

Kulis.Az Sumqayıtda itlərin kütləvi güllələnməsi faktının gündəmə çevrildiyini nəzərə alaraq “Günün şeiri” layihəsindən Qəşəm Nəcəfzadənin “Bu gecə itləri güllələdilər” şeirini təqdim edir.

Başçı küçədəki itlərə baxıb,

Yanında durana nə isə dedi.

Hər şeyi birinci duyan alabaş,

Bu gizli qorxunu hiss eləmədi.

Üç qorxaq balaydı, biri anaydı,

Üçü dümağ idi, biri qaraydı.

Götürdü küçəni hay- harayları,

Qaldı küçələrdə çörək payları,

Suları ağlaya - ağlaya qaldı.

Küçəni süpürən qoca qadın da

Balaca üzünü ovcuna aldı-

Bu gecə itləri güllələdilər.

Səsləri pəncərə şüşəsi kimi,

Asfalt döşəməyə səpələnirdi.

Uşaqlar yuxudan oyanırdılar,

Elə bil adamlar güllələnirdi.

Itin boğazından kəsilən çörək,

Asfaltın üstündə can verən ürək,

Allahı çağırdı, Allah baxırdı...

Allah eşidirdi, Allah bilirdi...

Çöldə taxılımız göyərməyirdi...

Itlərin səsləri göyə çıxırdı,

Ruzumuz, suyumuz yoxa çıxırdı.

Balaca ayaqlar, dümağ ayaqlar,

Sevdiyi torpaqdan qopa bilimirdi.

O yana - bu yana qaçırdı itlər,

Bir insan oğlunu tapa bilmirdi.

Bu gecə itləri güllələdilər,

Torpaq innən belə qan bitirəcək.

Ayağımız altda qalan çörəyi,

Görəsən küçədən kim götürəcək?!

# 3248 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #