ADO teatrı Fransadakı festivalda

ADO teatrı Fransadakı festivalda
18 avqust 2017
# 16:00

Azərbaycanın müstəqil teatrı olan ADO Fransanın Oriak şəhərində baş tutacaq küçə teatrı festivalına qatılacaq.

Bu barədə teatrın bədii rəhbəri Elmin Bədəlov Kulis.Aza məlumat verib. Onun sözlərinə görə, Fransanın Oriak şəhərində keçiriləcək “Oriak küçə teatrları festivalı 2017” adlı festivaldan ADO-ya dəvət gəlib: “Teatrımız bu il bir neçə beynəlxalq səfərdə olub. Biz“Hamam” performansı ilə festivala qatılacağıq”.

Bundan əvvəl də bir neçə beynəlxalq festivallarda iştirak edən ADO budəfəki festivala “Hamam” performansı ilə qatılacaq. Qeyd edək ki, adıçəkilən performansın quruluşçu rejissoru və müəllifi teatrın qurucusu Elmin Bədəlov, aktrisası Elsa Furtadodur.

ADO-nun festivalda çıxışı 4 gün – 23, 24, 25 və 26 avqustda baş tutacaq.

Xatırladaq ki, teatr 2015-ci ildə də adıçəkilən festivala qatılmışdı.

# 892 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
# # #