Allah belə sevmir, fırladır dünyanı – YENİ İMZA

Allah belə sevmir, fırladır dünyanı – YENİ İMZA
18 avqust 2017
# 12:09

Kulis.Az “Yeni imza” layihəsindən Amil Məmiyevin şeirlərini təqdim edir.

Köhnə bir otaq, qırıq çarpayı.

Tənha adamların evində

hər şey özü kimi tək olur.

Bateriyanın biri çatışmır pultda,

televizor göstərmir.

Yeməyin altını qalamağa

bir kibrit dənəsi var, o da yaş.

Ya su gəlmir ya işıq kəsilib,

bir damcı su düşür krantdan.

Corabımın bir tayı itib, tapa bilmirəm.

Deyəsən heç mənə düşmür tək,

gətirdiyim səbir belə tək.

Sağlam ol deməyə adam yox.

Azercell-dən gələn mesajda belə

balansımda 1 qəpik qalıb.

Xahiş edirik, balansınızı artırasınız...

***

Gözləri altına çəkdiyi karandaş,
yadımda saxlayım deyə
kitabdakı mənalı cümlələrin altından
çəkilən xətt kimi çəkilmişdi.

***

Tanımadığın bir qızın
azıb gözlərində
soruşasan - eey xanım?
Ürəyinizə yol hardandı?

***

Metri, saniyəsi, kiloqramı,

kelvini, amperi, kandellası,

molu və məncə bir də

sevgi vahidi olmalı qədər.

***

Yağan yağış deyil, göylərin saçıdı.
Günəş bərbərdi, kəsib ucunu
rəngli bant vurur göy qurşağı.
Hələ bir gözləyib gələn qışı,
görərik ağarıb, tökülür saçı.

***

Zamin durduğum sevgimizə

Göstərə bilmədim etibarımı.

İndisə bilirəm, müsadirə edib

Çıxardacaqlar ürəyindən məni.

***

Bilirəm, atacaq bir gün

Allah belə sevmir,

fırladır dünyanı.

***

Doğum evindən çıxıb sevincək,

tərkində övladın gəzdirən ana,

indi övladının tərkində gəlib tək,

tərk olunurdu qocalar evində.

***

Ağlayır ağaclar, göz yaşları yarpaqlar.
Silir göz yaşlarını, süpürür süpürgəçi.
Gizlində ağlayan yalnız bir ağac var,

Nə bilsin süpürgəçi, ağlayır şam ağacı.

***

Qayıq gözlərinə
avar çəkən kirpiklər,
dalğa göz yaşlarına
güc gələ bilməz.

***

Bu zəng çölə vuruldu,
içəri deyil təəssüf.
Şagirdlər yox, həkimlər
Qışqırdılar, tənəffüs.

# 1385 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #