Lütfi Zadənin xalası qızı: “O, Amerikanı unuda bilməz”

<b>Lütfi Zadənin xalası qızı: <span style="color:red;">“O, Amerikanı unuda bilməz” </b>
14 avqust 2017
# 16:28

“Lütfi Zadənin vəziyyəti stabil və yaxşıdır”. Bunu Kulis.az-a açıqlamasında alimin xalası qızı rejissor, Azərbaycanın Xalq Artisti Cənnət Səlimova söyləyib.

Qohumuna dəymək üçün Amerikaya getməyə hazırlaşdığını bildirən Cənnət Səlimova onunla bir neçə gün əvvəl əlaqə saxladığını söyləyib: “Mənə zəng edib başsağlığı verdilər, qorxdum, tez ona zəng etdim. Amma onunla yox, onun yanında qalan tibb bacısıyla danışdım. O dedi ki, Lütfi Zadə yaxşıdır, yanımda oturub, yemək yeyir. Həkim də dedi ki, normaldır, onunla bağlı hər şey yaxşıdır. Bilirsiniz, onun 95 yaşı var, telefona gələ bilmir, ona danışmaq, hərəkət etmək çətindir. Amma mənə dedilər ki, vəziyyəti yaxşıdır və həkimlərin nəzarətindədir.

O ki qaldı vəsiyyətə, bu cəfəngiyatdır, mən belə bir şey eşitməmişəm, o vəsiyyət etməyə hazırlaşmır. Azərbaycan onun vətənidir, amma unutmaq da olmaz ki, o, ömrünün çoxunu, 70 il Amerikada yaşayıb, Amerika ona işləməyə şərait verib, dahiyanə alim edib. O universitet praktiki olaraq onun universitetidir. Amerika ona çox şey verib, o Azərbaycanı sevib də Amerikanı unuda bilməz. Onun atası da, anası da orada dəfn olunub. Arvadı da həm də bu yaxınlarda orada dəfn olunub və o, arvadını çox sevirdi. O, arvadının ölümünü pis keçirdi. Onun oğlu Norman var, hər şeyə o qərar verəcək. Bu məsələlər mənim işim deyil. Bu sadəcə qohum kimi mənim acımdır.

Mən bu vəsiyyət məsələsi ilə bağlı danışmaq da istəmirəm. Lütfi Zadə haqda canlı, normal adam kimi düşünürəm və məncə insan haqqında başqa cür düşünmək, danışmaq ayıbdır.”

# 1421 dəfə oxunub

Oxşar xəbərlər

Rihanna artıq sarışındır - Foto

Rihanna artıq sarışındır - Foto

18:30 18 aprel 2024
Teylor Svift fanatlarına qarşı dələduzluq etdi

Teylor Svift fanatlarına qarşı dələduzluq etdi

18:00 18 aprel 2024
Tarantino son filmini çəkməkdən qərarını dəyişdi

Tarantino son filmini çəkməkdən qərarını dəyişdi

17:30 18 aprel 2024
Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

17:00 18 aprel 2024
Coli boşandıqdan sonra sərvət qazandı

Coli boşandıqdan sonra sərvət qazandı

16:40 18 aprel 2024
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlandı

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlandı

16:00 18 aprel 2024
#
#
# # #