Bakının mərkəzində skautların fotosərgisi açılıb

Bakının mərkəzində skautların fotosərgisi açılıb
14 avqust 2017
# 09:39

Avqustun 13-də paytaxtımızın gözəl məkanlarından biri olan Fəvvarələr meydanında 41-ci Dünya Skaut Konfransı çərçivəsində fotosərgi açılıb.

Kulis.az AZƏRTA-a istinadən xəbər verir ki, sərgi paytaxt sakinləri və xarici qonaqlar arasında dünya skautinq hərəkatını təbliğ etmək, ölkəmizə gələn skaut iştirakçıları arasında qiymətli xatirələri bölüşmək məqsədilə təşkil edilib.

Sərgidə skautların xüsusi tədbirləri zamanı çəkilən fotoları sərgilənib. Şəhərimizin sakinləri və qonaqlarımızın böyük marağına səbəb olan sərgi avqustun 20-dək davam edəcək.

Qeyd edək ki, 41-ci Dünya Skaut Konfransı Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Dünya Skaut Hərəkatı Təşkilatı və Azərbaycan Skaut Assosiasiyası tərəfindən avqustun 14-dən 18-dək Bakı Konqres Mərkəzində keçiriləcək.

“Birlikdə Müsbət Dəyişikliyə doğru” mövzulu konfrans 159 Milli Skaut Təşkilatının nümayəndələrini, tərəfdaşlarını və qonaqlarını bir araya gətirən irimiqyaslı tədbirdir.

# 941 dəfə oxunub

Oxşar xəbərlər

Bakıda Qırğız Mədəniyyəti Günləri  keçiriləcək

Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək

16:40 20 aprel 2024
Moskvada Tağıyevin xatirə gecəsi keçirildi

Moskvada Tağıyevin xatirə gecəsi keçirildi

16:00 20 aprel 2024
DokuBaku Beynəlxalq Film Festivalına müaciətlə qəbul olunur

DokuBaku Beynəlxalq Film Festivalına müaciətlə qəbul olunur

15:00 20 aprel 2024
Nəvəsi Cavaşir Məmmədovu yad etdi

Nəvəsi Cavaşir Məmmədovu yad etdi

14:18 20 aprel 2024
Məşhur reper saxlanıldı - Səbəb

Məşhur reper saxlanıldı - Səbəb

13:35 20 aprel 2024
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi

Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi

13:06 20 aprel 2024
# # #