Kiyevdə Müslüm Maqomayev parkı salınacaq

Kiyevin mərkəzində dünya şöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ-nin xalq artisti Müslüm Maqomayevin adını daşıyacaq park salınacaq.

 

Azərbaycanın Ukraynadakı səfirliyindən APA-ya verilən məlumata görə, Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə Kiyev şəhərinin mərkəzində salınacaq parkda tikintiyə başlamaq üçün Kiyev Şəhər Administrasiyasının rəsmi icazəsi alınıb.

 

Kiyev Şəhər Administrasiyasının Parklar İdarəsi müvafiq qərar qəbul edib.

 

Parkda Müslüm Maqomayevin 6 metr hündürlüyündə heykəli qoyulacaq. Heykəlin müəllifi tanınmış heykəltəraş, Ukraynanın Xalq Rəssamı Seyfəddin Qurbanovdur. Parkın açılışının oktyabrın sonlarında olacağı gözlənilir.

LENT

25 Fevral 2018
24 Fevral 2018
23 Fevral 2018
22 Fevral 2018
21 Fevral 2018