Aktyor Arzu Hüseynov: [b]“Həm sənətimizi, həm də maddiyatımızı əlimizdən alıblar”[/b]

Aktyor Arzu Hüseynov: [b]“Həm sənətimizi, həm də maddiyatımızı əlimizdən alıblar”[/b]
11 avqust 2017
# 10:49

Kulis.az Əməkdar artist Arzu Hüseynovun Milli.Az-a müsahibəsini təqdim edir.

- Arzu müəllim, uzun zamandır nə efirlərdə, nə də ki, film və seriallarda sizi görmürük. Efirlərdə görünməməyinizin səbəbi xəstəliyinizlə bağlıdır?

- Mənim səhhətim normaldır, həkimə getmirəm, getsəm, min dənə xəstəlik ortalığa çıxar. Hal-hazırda işlə bağlı problemlərim var. Televiziya kanalları məni nə seriallara, nə də verilişlərə dəvət etmirlər deyə nə yaradıcılığımı davam etdirə bilirəm, nə də ailəmi yetərincə dolandıra bilirəm.

- Bəlkə elə xəstə bilib sizi efirlərə dəvət etmirlər?

- Xəstə mənə "xəstə" deyənlərdir. Gözümdə problem var idi, o da əməliyyat olundu. Nə xəstəlik? Xəstəliyi həkimlər təyin edir, bu günə qədər Allaha şükür heç bir xəstəlik haqqında diaqnoz qoyulmayıb. Yeri gəlincə, mən sakit, sənətsiz qala bilmirəm. Özüm müəyyən səhnələr çəkirəm, montaj edirəm, internetdə dostlarımla paylaşıram. Amma kanallar sponsor istəyir deyə televiziya üçün işim alınmır. Bir də güclü texnikam yoxdur ki, çəkilişləri onunla edim. Bir neçə ildə 1 seriyalı filmə çəkilmişəm, kinoteatrda gedib. Arada Space TV-də də yumoristik verilişə çəkilmişəm. Demək istəyirəm ki, özləri çağırmır, çağırsalar, maddi durumum da yaxşı olar.

- Arzu müəllim, sizi uzun illər AzTV-də uşaq verilişinin aparıcısı kimi tanıdıq. Uşağların görüşünə gəlmək üçün darıxırsız?

- Deməli, mənim yaradıcılığımı davam etdirməyim üçün Karlson lazımdır? Onun da bir vaxtı var idi. Mənə bir şey lazımdır - yaradıcılığımı davam etdirmək. Biz aktyorlar rejissorlardan çox asılıyıq. Mənim hər cür qabiliyyətim var. Eyni vaxtda həm ssenari yaza bilərəm, həm də rejissorluq edə bilərəm. Bunları etmək üçün də pul lazımdır. Hər zamanın öz gedişatı var. Mən o verilişdən sonra AzTV-nin neçə-neçə verilişlərinə, tamaşalarına çəkildim. Vaqif Mustafayev məni 4 filmində çəkdi. Bundan əlavə elə Space TV-də "Hər səhər" verilişində 2 il barmen rolunu ifa etdim. Sonra 2-3 seriallarda rol oynadım, amma 2 ildir heç bir serial məni dəvət etmir. Bəzi rejissorlar aktyorları qrupa bölür. Ay bu filan rolu oynayıb, ay bu filan kanalın aktyoru olub, ay bu filan rejissorun aktyorudur, nə bilim nə. Aktyoru qrupa bölmək olmaz. Əlbəttə ki, uşaqların görüşünə gəlmək üçün çox darıxıram. İnşallah, onlarla yenidən görüşmək şansım olar.

- Amma, həqiqətən, siz daha çox Vaqif Mustafayevin filmlərində çəkilmisiz. Bəlkə rejissorlar onunla intriqa aparır deyə sizi çəkmirlər?

- Vaqif müəllim artıq başqa janrda filmlər çəkir. O indi tarixi və sənədli filmlərin üzərində işləyir. Artıq 10 il olar ki, biz onun filmlərinə çəkilmirik. O, komediya filmi çəkəndə bizi dəvət edirdi. Yenə deyirəm, aktyor aktyordur, onu qrupa bölməzlər. Bəziləri deyir ki, ağsaqqal, bu serialda sizə uyğun rol yoxdur. 4-5 kanalda 2-3 serial yayımlanır. Deməli, bunların heç birində mənə uyğun rol olmadı? Məndən başqa neçə-neçə aktyorlarımız da bu gündədir. Onlar da ailələrini yetərincə dolandıra bilmirlər. Axı biz aktyorlar başqa bir iş görə bilmirik. Bizim həm sənətimizi, həm də maddiyatımızı əlimizdən alıblar.

- Bəs ailənizi necə dolandırırsız? Hardan qazanc əldə edirsiz?

- O vaxt gözümə görə pensiya kəsmişdilər, qızım da talassemiya xəstəsidir. Bundan əlavə bir bacım da bizimlə yaşayır və o da pensiya alır. Bir də əməkdar artist fəxri adına görə pul alıram. O pullarla ailə necə dolansın?

- Bəs toylara getmirsiz?

- Toya sonuncu dəfə təxminən 8 il əvvəl getmişəm. Toylar olanda maddi durumum nisbətən yaxşı idi. Demək olar ki, hal-hazırda şadlıq evlərindən təcrid olunmuşam. Məsələn, mən 30 manat istəyirəm, bu, onlara sərf etmir. Cavan uşaqlara 10 manat verirlər, gəlib işləyir. Mən ailəli adamam, bu məbləğdə ailəni dolandıra bilmərəm.

- Vaxtilə çörək kəsdiyiniz sənət dostlarınız sizi itirib-axtarır?

- Vaxtilə bir yerdə oturub durduğumuz adamlar var. Elələri var seriala dəvət alırlar, orada durub demirlər ki, bəlkə filankəsi də dəvət edək, onun da buna çox ehtiyacı var. Heç vaxt deməzlər.

- Siz demisiz?

- Bəli, mən hara dəvət almışamsa hər yerdə demişəm.

# 2713 dəfə oxunub

Oxşar xəbərlər

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

17:00 17 aprel 2024
#
#
# # #