“Kuklalar” filmi “YARAT”da nümayiş olunacaq

 

Avqustun 15-də “YARAT” Müasir İncəsənət Mərkəzində rejissor Çingiz Rəsulzadənin “Kuklalar” filmi nümayiş etdiriləcək. Kulis.azın Azərtac-a istinadən verdiyi xəbərə görə ssenari müəllifləri Çingiz Rəsulzadə və Ramiz Fətəliyev olan ekran əsərində hadisələr keçən əsrin 80-ci illərinin sonu - 90-cı illərin əvvəllərində Bakıda cərəyan edir.

 

SSRİ-nin son günlərində altı gənc dost Dənizkənarı Parkda kukla geyimlərində şəkil çəkdirməklə pul qazanır. Onların həyatında hər şey ilk dəfə baş verir: məhəbbət, dostluq, xəyanət. Özləri dərk etdikləri kimi azad yaşamağa can atan bu gənclərin uşaqlıq dövrü sovet imperiyasının dağılması ilə bitir. Həmin gənclərin bir qismi müharibədə savaşmağa, digər qismi isə öz əvvəlki peşələri ilə məşğul olmağa üstünlük verir.

 

Film Azərbaycan dilində ingilis subtitrləri ilə təqdim ediləcək.

 

 

LENT

24 İyun 2018
23 İyun 2018
22 İyun 2018
21 İyun 2018
20 İyun 2018