"Taxt oyunları" aktyorlarının telefon nömrələri yayıldı

“Taxt oyunları” serialın yeni bölümünün ssenarisini və spoyler xarakterli məlumatları yayımlayan xakerlər bu dəfə aktyorlar haqda şəxsi məlumatlar yayımlayıb.

 

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, xakerlər NVO Amerika telekanalının 1,5 terabaytını oğurladıqlarını elan ediblər.

 

Onlar yeddinci mövsümdə oynayan aktyorların - Emiliya Klark (Deyeneris Tarqarien), Kit Xarinqton (Con Snou rolunda), Piter Dinkleydc (Tirion Lannister), Lina Xidin (Serseya Lannister)  telefon nömrələrini, elektron poçt ünvanlarını  və ev ünvanlarını internet şəbəkəyə yerləşdiriblər.

 

Xatırladaq ki, xakerlər minlərlə faylı əldə etdiklərini söyləyir və kanalın rəhbəri Riçard Pleplerdən əllərində olan, hələ yaymadıqları məlumatlar üçün pul tələb edirlər. 

LENT

16 İyul 2018
15 İyul 2018
14 İyul 2018
13 İyul 2018
12 İyul 2018