Ramzan Kadırov "Matilda"nı qadağan edir?

Ramzan Kadırov "Matilda"nı qadağan edir?
9 avqust 2017
# 10:48

Çeçenistanın rəhbəri Ramzan Kadırov Rusiyanın Mədəniyyət nazirinə xahişlə müraciət edib.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Kadırov rejissor Aleksey Uçitelin müzakirələr yaradan “Matilda” filminin Çeçenistanda nümayişinin qadağan olunmasını xahiş edib.

“Müxtəlif təbəqədən olan on minlərlə insan filmin kütləvi prokatının qadağan olunmasını istəyir, çünki onu inanclı insanların hisslərinin təhqirolunması, insan ləyaqətinin alçaldılması, Rusiya xalqlarının çoxəsrlilik tarixinə və müqəddəslərinə qarşı hörmətsizlik kimi qəbul edirlər”- deyə Kadırov müraciətində yazıb.

“Sizdən Çeçenistan Respublikasında “Matilda” filminin nümayişinə icazə verməməyinizi xahiş edirəm” – Kadırov müraciətini belə bitirib.

Rusiya mədəniyyət nazirliyi Kadırovun xahişini nəzərə alacağını bəyan edib.

Qeyd edək ki, “Matilda” filmi balerina Matilda Kseşinskinin Rusiyanın sonuncu imperatoru II Nikolayla münasibətlərindən bəhs edir. Rusiya Dövlət Dumasının deputatlarından biri və Rusiya Provaslav kilsəsinin nümayəndələri filmi Rusiya və din əleyhinə olmaqda, tarixi təhrif etməkdə ittiham edib.

Filmin premyerası və geniş prokatı bu ilin oktyabrına nəzərdə tutulub.

# 804 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
# # #