Məşhur rejissor siyasətdən gedəndən sonra nə edəcək? - AÇIQLAMA

Türkiyənin millət vəkili olan rejissor, yazar Sırrı Süreyya Öndər siyasətdən gedəcəyini açıqlayıb.

 

Kulis.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Öndər millət vəkilliyi çərçivəsində siyasi fəaliyyəti bitər-bitməz kinoya qatılacağını söyləyib.

 

“Əslində siyasət bir məşğuliyyət deyil. Bizə görə siyasət haqq axtarmaq, demokratikləşmək yolunda önəmli mərhələlərdən biridir. Siyasətdən yorulmaq haqq axtarmaqdan, demokratiya mücadiləsindən yorulmaq deməkdir ki, belə hal bizdən uzaqdır. Vəkillik siyasətin tək vasitəsi deyil, siyasət sənətlə də, əməklə də aparıla bilər. Həyatın, hər sahəsində siyasi mücadilə var”- deyə məşhur sənətçi mətbuata açıqlamasında söyləyib.

 

Sürəyya Öndər dörd siyasi mövzulu film ssenarisinin olduğunu və onları gerçəkləşdirmək istədiyini söyləyib. 

 

LENT

16 İyul 2018
15 İyul 2018
14 İyul 2018
13 İyul 2018
12 İyul 2018