Kino adamlarına mükafat verildi

Azərbaycan Kinematoqrafçılar İttifaqı illik  mükafatlarını təqdim edib.

 

Ittifaqın mətbuat katibliyidən Kulis.az-a  bildiriblər ki, onlar milli kinomuzda gedən prosesləri analiz edib, müsbət tendesiyaları qeyd etməklə seçim ediblər.    

 

Beləliklə, Kinorejissor Mirbala Səlimli “Qırmızı bağ” filminin “Parlaq bədii həllinə görə”, kinooperator Yuri Varnovski “Sənətə sadiqliyinə görə”, sənədli kino rejissoru Nazim Rza “Sənədli kinoya təhfələrinə görə” mükafatlandırılıb.  

 

Ittifaqın sədri həmkarlarını təbrik edib. 

 

LENT

22 Avqust 2017
21 Avqust 2017
20 Avqust 2017
19 Avqust 2017
18 Avqust 2017