Dil və əlifba sərgisi açılıb

İyulun 31-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında 1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili gününə həsr edilmiş kitab sərgisi açılıb.

 

Kitabxanadan  bildirilib ki, tədbirdə direktor müavini Ədibə İsmayılova və kitabxananın şöbə müdirləri Rəna Əsədova, Gülər Hüseynova Azərbaycan dili və əlifbasının tarixindən və zənginliyindən söz açıblar. Sonra qonaqlar sərgi ilə tanış olublar.

 

Sərgi tədbir iştirakçıları və oxucular tərəfindən maraqla qarşılanıb. /azertag.az/

 

LENT

23 Avqust 2017
22 Avqust 2017
21 Avqust 2017
20 Avqust 2017
19 Avqust 2017
18 Avqust 2017