Milli Kino Günü qeyd ediləcək

Milli Kino Günü qeyd ediləcək
2 avqust 2017
# 08:30

Avqustun 2-də Nizami Kino Mərkəzində Milli Kino Günü qeyd ediləcək.

Kulis.az xəbər verir ki, kino işçilərinin peşə bayramı günü kino xadimlərinə mükafatlar təqdim olunacaq, həmçinin ənənəvi olaraq, yeni ekran əsərinin təqdimatı baş tutacaq.

Tədbir çərçivəsində kinorejissor İlqar Nəcəfin “Nar bağı” bədii filminin təqdimatı olacaq.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çəkilən ekran əsəri “Azərbaycanfilm” kinostudiyası və “Buta Film” şirkətinin birgə istehsalıdır. Filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir.

Film maraqlı bir ailə dramı üzərində qurulub. Qabil 12 il əvvəl, heç kimlə sağollaşmadan, gizli tərk etdiyi evinə qayıdır. Lakin onun geridə buraxdığı dərin emosional yara hamının xatirindədir və asanlıqla unudula bilməz

Psixoloji dram janrında çəkilən filmdə baş rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev və digərləri canlandırıblar.

Qeyd edək ki, filmin dünya premyerası “Karlovı Varı” Beynəlxalq Kino Festivalında baş tutub.

# 756 dəfə oxunub

Oxşar xəbərlər

Siyasətçilər insanları necə idarə edirlər? - Əsəbləri zəif olanlar baxmasınlar

Siyasətçilər insanları necə idarə edirlər? - Əsəbləri zəif olanlar baxmasınlar

17:00 25 aprel 2024
Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

17:00 24 aprel 2024
Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

09:00 24 aprel 2024
Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
# # #