“YARAT”-da ustad dərsləri olacaq

İyulun 29-da “YARAT” Müasir İncəsənət Mərkəzində uşaqlar üçün “Tematik təsviri incəsənət” adlı ustad dərsləri keçiriləcək.

 

Rəssam Nərminə Bağırova tərəfindən aparılacaq ustad dərslərində 3-12 yaşlı uşaqlar iştirak edəcəklər.

 

Dərslərdə uşaqların fikirləri üzərində nağılların yazılması, onların sevimli personajları və qrup iştirakçılarının fikirləri üzərində ümumi kollajın yaradılması mövzularından danışılacaq. Eyni zamanda, balacaları maraqlandıran suallar cavablandırılacaq. /azertag.az/

 

LENT

23 Oktyabr 2017
22 Oktyabr 2017
21 Oktyabr 2017
20 Oktyabr 2017
19 Oktyabr 2017