Səni niyə belə sevdim? - Vaqif Bayatlının xanımına yazdığı şeirlər

Səni niyə belə sevdim? - <span style="color:red;">Vaqif Bayatlının xanımına yazdığı şeirlər
26 iyul 2017
# 21:00

Kulis.az artkaspi.az-a istinadən tanınmış şair Vaqif Bayatlının xanımı Tamam Bayatlıya yazdığı şeirləri təqdim edir.

Bu dünyadan sənin qoxun gəlir

"Sevgi” sözünü yazıram,

"sevgi” sözündən sənin qoxun gəlir,

"Vətən” sözünü yazıram,

"Vətən” sözündən sənin qoxun gəlir,

"su” yazıram, "od” yazıram, "torpaq” yazıram,

sudan da, oddan da,

torpaqdan da sənin qoxun gəlir,

mən bu dünyadan getmərəm,

bu dünyadan sənin qoxun gəlir.

Səni niyə belə sevdim?

Səni niyə belə sevdim,

belə istədim niyə,

canımdakı min tikana,

bir gülə istədim niyə?!

Eşqdə gizlətdim bu canı

görəmməyən varmı, hanı?!

Həm gizlətdim, həm də hamı

bilə istədim niyə?

Min illərçün də Allahdan

gecə-gündüz, hər an, hər an

səni özümə həm sultan,

həm də, həm də

kölə istədim niyə?!

Hamıdan çox

Dünyanınəngüclü adamı

ola da bilmərəm,

olmaq da istəmirəm.

İstəmirəm bir kimsə

mənimlə qorxuda bir kimsəni.

Dünyanınən varlı adamı

ola da bilmərəm,

olmaq da istəmirəm.

Mənə ən böyük dünya varı

qapı,pəncərəsi açıq

üzü-gözü gülən bir alaçıq!

Mən səni, mən səni

dünyadahamıdan çox

sevə də bilmərəm,

sevmək də istəmirəm,

çünki ancaq yalandan sevənlər

hamıdan çox sevirlər.

Mən səni sakitcə, yavaşca

sevmək istəyirəm.

Sevmək istəyirəmTanrıdan yazılantək,

birbalaca quş

özbalaca yuvasının

küncünəqısılantək

# 1238 dəfə oxunub

Oxşar xəbərlər

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Əkrəm Əylislinin, Anarın, Günelin xoşuna gəlmək üçün... - Necə yazmaq lazımdır?

Əkrəm Əylislinin, Anarın, Günelin xoşuna gəlmək üçün... - Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
# # #