O söyüşlər hara gedir? - YENİ FİLM

Iyulun 20-də “Aranfilm” Yaradıcılıq Mərkəziində istehsal olunan “Qara dəlik” filmi təqdim olunub.

 

Kulis.azın verdiyi xəbərə görə, aktyor Hikmət Rəhimovun ssenarisi və rejissorluğu ilə ərsəyə gələn qısametrajlı film ata, ana və bir qız uşağından ibarət ailənin yaşadığı çıxılmaz böhrandan bəhs edir. Filmin operatoru Rafiq Əliyev, prodüseri İqbal Məmmədəliyev, bədii rəhbəri Tahir Tahiroviçdir.

 

Yaşamağa yararsız olan bir daxmada son dərəcə miskin bir həyat və yaranan ailə münasibətləri filmin süjetini təşkil edir. Bu elə bir həyatdır ki, qadın (Münəvvər Əliyeva) qadın ola, kişi (Elşən Rüstəmov)  kişi ola, uşaq (Selcan Müseyibova) uşaq ola bilmir. Milyonlar eynən bu dialoqları təkrarlayırlar, eynən bu söyüşləri söyür, uşaqları eynən bu dildə susur. Hikmət Rəhimovun filmi ailə bölgüsünün, münasibətlərin, sosial həyatı toqquşduğu yerdən bəhs edir. Film nə sual qoyur, nə cavab axtarır. O, sadəcə bu həyatın bir parçasını təqdim edir və atasına siqaret almaq üçün banka təhvil verən uşağa fokuslanır. 

 

 

LENT

16 İyul 2018
15 İyul 2018
14 İyul 2018
13 İyul 2018
12 İyul 2018