Salvador Dalinin məzarı açılıb

İspaniyada rəssam Salvador Dalinin məzarı açılıb.

 

Kulis.az Associated Press-ə istinadən xəbər verir ki, rəssamın cəsədi bioloji material və atalığın müəyyən edilməsi məqsədilə  ekshumasiya olunub. Tabutun açılması mərasimi Dalinin Fiqerasdakı teatr-muzeyində baş tutub.

 

“Məhkəmə tibbi ekspertizası Dalinin məzarını məhkəmə prosesi çərçivəsində, atalıq testi aparmaq və DNK analizi götürmək üçün açıb” - deyə mənbə yazır.

 

Belə ki, falçı Mariya Pilar Abel Martines 2015-ci ildən bu yana iddia edir ki, onun atası Dalidir. Abelin sözlərinə görə, 1955-ci ildə rəssam onun anası ilə sevgi yaşayıb. O zaman Dali Qala kimi tanınan Yelena Dyakonova ilə nikahda olub. Cütlüyün uşaqları olmayıb.

 

Rəssam 1989-cu ildə 85 yaşında vəfat edib.

 

LENT

18 Oktyabr 2017
17 Oktyabr 2017
16 Oktyabr 2017