Həmyerlimiz Parisdə konsert verib

Həmyerlimiz Parisdə konsert verib
20 iyul 2017
# 11:18

Azərbaycanın klassik musiqi ifaçısı, pianoçu Səidə Zülfüqarovanın Parisin 4-cü rayonunun Paul Rey Teatrında “Bütün istiqamətlərdə musiqilər” adlı konserti olub.

Azərbaycanlı pianoçunu Antonia Denavit (soprano), Antoine Desmard (violonçel) müşayiət ediblər. Konsertdə C.Kaççini, G.Hendel, L.Betxoven, A.Rubinşteyn, P.Çaykovski, R.Adler, J.Ross, G.Gerşvin və digər korifey bəstəkarların əsərləri səsləndirilib.

Səidə Zülfüqarova Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təhsil alıb, piano müəllimi və konsertmeyster ixtisasına yiyələnib. Bir çox milli müsabiqələrin qalibi olan S.Zülfüqarova Parisin Sorbon Universitetində musiqişünaslıq üzrə ali təhsil və magistr dərəcəsi alıb. Onun diplom işi Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin yaradıcılığına həsr olunub.

2012-ci ildə piano müəllimi dövlət diplomunu alan S.Zülfüqarova Sorbon Universitetində xorda akompanyatris, İl de Fransın Bayi Romanvilye musiqi məktəbində və Provans vilayətinin Pauline Viardot Konservatoriyasında müəllim işləyib. Yuxarı Sena departamentinin Qarş bələdiyyəsi Konservatoriyasının piano müəllimi Səidə Zülfüqarova Fransanın Dövlət Diplomuna layiq görülüb. /azertag.az/

# 789 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
# # #