Moldovalı şairin Bakıdan yazdığı şeir

Moldovalı şairin Bakıdan yazdığı şeir
19 iyul 2017
# 16:12

İon Hadırka (1949) görkəmli moldav-rumın ədibi, şair, yazıçı, fikir adamı, ictimai-siyasi xadimidir. Eyni zamanda, tərcüməçi kimi də tanınır. Onun tərcüməsində Nizami Gəncəvinin aforizmləri Moldovada nəşr edilib.

Onun "Artera Zen" kitabından "Azərbaycan damarı" bölümündən seçmələri Səlim Babullaoğlunun tərcüməsində təqdim edirik.

***

İstanbuldan uçuruq?

Türklərlə doludur İstanbul.

Onda biz ruslarla dolu

Moskvadan uçaq.

Moskva üzərindəki buludlar

Elə gömrükçülərə oxşayırlar.

Qaraşın Vüqar bəy

bizə şübhə dolu nəzərlərlə baxan

saçı saman sarısı

paqonlu xanıma yaxınlaşır:

- Deyin, zəhmət olmasa,

göz yaşlarına yenəmi inanmır Moskva?

- Əlbəttə, inanmır, əlbəttə.

Çıxardın ayaqqabı…və kəmərlər…

- Təəssüf, axı

o nəyəsə inanmalıyıdı əvvəl-axır.

Bakı göydələnləri "Yastı dam Bakı"

Vladimir Mayakovski

Limanın qaldırıcı kranları səmanı cırmaqlayır

Çılpaq buruqlar çırmaqlayır səmanı.

Minarədəki müəzzinin səsi

səmanı cırmaqlayır.

Şişuclu damların səmimiyyəti

cırmaqlayır səmanı.

Mayakovski büsbütün yanılırdı -

yastıyapalaq söz qırıntılarından

səmaya pilləkən çəkmək olmaz.

Yelkənlər cırmaqlayır səmanı

və ayın buynuzları.

Qırılmış simləri sazın

cırmaqlayır səmanı.

Dəliqanlılar cırmaqlayır səmanı.

Günəşi cırmaqlayır gözəllər - zərif əllər.

Şəhərin yarasından doğulur

bir cızıq-cırmaq yeri olmayan

yeni-yeni səhərlər.

Beləcə doğulur, dirçəlir

öz ilkinliyi ilə şəhər.

Toxunulmaz Nizami

Onun evazkar

“Xəmsə”sini

və müdrik rübailərini

oxusam da,

“İsgəndərnamə”nin səhifələrinə

bürünsəm də,

Leyli-Məcnunun göz yaşları ilə

yuyunsam da,

bu il də Nizami ilə

görüşə bilmədim. /“Ədəbiyyat qəzeti”/

# 760 dəfə oxunub

Oxşar xəbərlər

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Adamın buna kitab deməyə dili gəlmir..." - Orxan Saffarinin hekayələr kitabı haqqında

"Adamın buna kitab deməyə dili gəlmir..." - Orxan Saffarinin hekayələr kitabı haqqında

12:30 15 aprel 2024
"Necə ömür sürmüsənsə, elə də öləcəksən" - Allahın mühakimə etdiyi məmur

"Necə ömür sürmüsənsə, elə də öləcəksən" - Allahın mühakimə etdiyi məmur

09:15 15 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
# # #