Paşa Əlioğlu: “Əli Kərim parkını əyləncə mərkəzinə çevirirlər” - AÇIQLAMA

Paşa Əlioğlu: “Əli Kərim parkını əyləncə mərkəzinə çevirirlər” - <span style="color:red;">AÇIQLAMA
18 iyul 2017
# 15:32

Şair Əli Kərimin oğlu Paşa Əlioğlu Kulis.aza açıqlama verərək, Əli Kərimin Göyçaydakı məzarının aqibəti və onun adını daşıyan parkın yeniləşdirilərək əyləncə mərkəzinə çevrilməsi ilə bağlı fikirlərini bölüşüb. Onun söylədiklərini təqdim edirik:

“Məsələ çox sadədir. Bizdə belə şeylər olur, bir məsələni önə çəkirlər, o birini gizli saxlayırlar. Əslində narahatçılıq nədəndir? O park Əli Kərimin qəbrinə görə tikilmişdi. Nazirlər Kabinetinin qərarıyla. Əvvəllər qanqallıq idi qəbrin ətrafı. Üstündən bir neçə il keçdi, sovet hökumətinin qərarı olandan sonra park düzəldildi, ağaclar əkildi, səliqə-sahman yaradıldı. Parkın girişinə də Əli Kərimin heykəli qoyuldu. Bütün bu olanlar Əli Kərimin qəbrinə görə idi. Nazirlər Sovetinin qərarında eynən belə yazılıb. Yəni park Əli Kərimin qəbrinə görə salındı. Biz qəbrə yaxınlaşa bilmirdik, deyirdilər ki, bu artıq dövlətin mülküdür. İndi bu məsələdə etiraz doğuran nədi? Qəbrin yerini dəyişmək mümkün olmadı. Yəni bizim razılığımız alınmadı və qəbir orda qaldı. Qəbrin dörd tərəfini hasarladılar, üstünü bağladılar, qapı da qoydular. Parkın girişindəki Əli Kərim heykəlini də atdılar düz qəbrin arxasına, lap küncə. Sanki heykəl kiməsə mane olur. Halbuki Əli Kərimin parkı olan yerdə onun heykəli də parkın girəcəyində olmalıdır. Sonra parkda atraksion açmaq üçün yenidənqurma apardılar.

Image result for paşa əlioğlu

Düşünüblər ki, qəbir və heykəl qalsın, küncə dayansın. Onlar bu planı çoxdan hazırlamışdılar. Ailədən razılıq almayanda qəbri orda saxlamağa məcbur oldular. İndi Əli Kərim parklığından çıxır ora. Mənə maraqlı gələn odur ki, niyə məhz Əli Kərimin adını daşıyan parkda əyləncə mərkəzi açmaq istəyirlər? Göyçayda hər tərəfdə boş yer var, istirahət mərkəzi açmaq üçün daha uyğun şərait var. Amma bunlar qəbrin üstünü örtürlər, heykəli küncə qoyurlar və parkda əyləncə mərkəzi açırlar. Narazılıq da burdan yaranır. Niyə məhz orda? Parkın bir təyinatı var axı. Etiraz edəndə də haqlı olduqlarını söyləyirlər və qəbirlə heykəlin qaldığını deyirlər. İndi düşünün ki, Qazaxda Səməd Vurğun parkında analoji hadisə baş versin. Görün onda camaat neyləyər orda? Heykəlin yeri niyə dəyişir ki? Niyə qəbrin arxasına atılır? Əsl narahatçılıq burdan yaranır. Ola bilsin, bu işdə maliyyə mənafeyi var. Başqa yerdə eləsələr xərc olacaqdı.”

# 1595 dəfə oxunub

Oxşar xəbərlər

Erməni tarixçi:  “Dünyada erməni adında xalq olmayıb" - Müsahibə

Erməni tarixçi: “Dünyada erməni adında xalq olmayıb" - Müsahibə

21:00 24 aprel 2024
Çingiz Aytmatovun abidəsinin açılış mərasimi baş tutdu

Çingiz Aytmatovun abidəsinin açılış mərasimi baş tutdu

18:27 24 aprel 2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu

Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu

18:10 24 aprel 2024
III Regional xor müsabiqəsinə start verildi

III Regional xor müsabiqəsinə start verildi

18:00 24 aprel 2024
Məşhur rusiyalı bloger vəfat etdi

Məşhur rusiyalı bloger vəfat etdi

17:30 24 aprel 2024
“Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı oldu

“Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı oldu

17:00 24 aprel 2024
#
#
# # #