“Piter Pen” Nizami Kino Mərkəzində

“Piter Pen” Nizami Kino Mərkəzində
10 iyul 2017
# 17:17

İyulun 12-də Nizami Kino Mərkəzi və “British Council Azərbaycan”ın birgə layihəsi çərçivəsində şəhər sakinlərinə və qonaqlarına “Piter Pen” tamaşası rus dilində titrlərlə təqdim edəcək.

Nizami Kino Mərkəzinin mətbuat xidmətindən bildirilib ki, əsərin süjet xəttini bir nəfər istisna olmaqla, bütün uşaqların böyüməsi və bununla da yaranan macəralar təşkil edir.

Məşhur “Ceyn Eyr”in ardınca rejissor Salli Kukson möhtəşəm, maraqlı “Piter Pen” tamaşasının “Bristol Old Vic” teatrındakı uğurundan sonra onu Milli Teatrda səhnəyə qoyur. Bu tamaşada böyüyüb boya-başa çatmağın müsbət və mənfi tərəflərinə toxunulur. O, sehr, dəcəllik, musiqi və fantaziyanın mükəmməl ahəngini əks etdirir. Tamaşa 12 yaşından yuxarı olanlar üçündür. Biletləri Nizami Kino Mərkəzinin kassalarından əldə etmək olar.

Xatırladaq ki, layihənin missiyası tamaşaçıya ölkəsini tərk etmədən, yüksək keyfiyyətlə çəkilmiş, dünya teatr və incəsənət şedevrlərini izləməyə imkan yaratmaqdır. /azertag.az/

# 882 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
# # #