ADO teatrı 5 yaşını qeyd edəcək

ADO teatrı 5 yaşını qeyd edəcək
10 iyul 2017
# 11:12

ADO müstəqil teatrının təntənəli yubiley tədbiri olacaq.

Kulis.azın verdiyi məlumata görə, fərqli üslubu ilə diqqət çəkən ADO iyulun 15-də 5-ci ilini açıq elan edəcək.

Hər il ad günü tədbirlərini müxtəlif üslub və məkanlarda keçirən ADO Theatre – Collective bu il 5-ci ilinin açılışını Yarat Müasir İncəsənət Mərkəzində keçirəcək. “Dağınıq bir Oda” adlı genişmiqyaslı tədbir saat 17:00-dan başlayacaq.

Tədbirdə ADO-nun performansları, tamaşalarından qısa parçalar göstəriləcək. Eyni zamanda ADO-nun 5 il ərzində keçdiyi yol haqda tamaşaçılara məlumat, video teaser və fotolar təqdim olunacaq. Bundan əlavə tanınmış müğənnilər, musiqiçilərin ifası, DJ`lərin iştrakı və bir çox sürprizlər təqdim olunacaq.

Xatırladaq ki, ADO Theatre – Collective 2013-cü ildə Elmin Bədəlov tərəfindən “Oda” adı ilə yaradılıb. E.Bədəlov daha sonra ADO-nu təsis edib. Bir müddət sonra iki teatrı birləşdirərək bir ad altında – “ADO Theatre – Collective” fəaliyyətini genişləndirib.

# 1073 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
#
#
# # #