"Bu insanlıqdan uzaq hadisədir" - “Azdrama”nın BƏYANATI

"Bu insanlıqdan uzaq hadisədir" - “Azdrama”nın <span style="color:red;">BƏYANATI
8 iyul 2017
# 17:57

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı işğalçı Ermənistan ordusunun azərbaycanlı mülki

əhalini qətlə yetirməsi ilə bağlı bəyanat yayıb. Kulis.az həmin bəyanatı təqdim edir.

"İyul ayının 4-də tarixi Azərbaycan torpaqlarını işğal edən, soydaşlarımızın öz doğma yurd-yuvasından didərgin düşməsinə səbəb olan Ermənistan ordusu atəşkəs rejimini növbəti dəfə pozub və xaincəsinə təxribata əl ataraq, mülki əhalini hədəfə alıb. İşğalçı ölkənin hərbi birləşmələri Azərbaycan Respublikasının Füzuli rayonunun Alxanlı kəndindəki yaşayış evlərini iriçaplı silahlardan atəşə tutması nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Sahibə Quliyeva və onun nəvəsi 2 yaşlı Zəhra Quliyeva həlak olub, 1965-ci il təvəllüdlü Sərvinaz Quliyeva isə ağır yaralanıb.

Vəhşicəsinə həyata keçirilən bu insanlıqdan uzaq hadisə Azərbaycan torpaqlarını işğal edən Ermənistanın öz mənfur siyasətindən əl çəkmədiyini, beynəlxalq qanunları kobud şəkildə pozduğunu bir daha göstərir.

Ermənistanın Azərbaycana qarşı 25 ildən çoxdur davam edən hərbi təcavüzünün, işğalçılıq siyasətinin ilk gündən mülki əhaliyə, dinc insanlara qarşı qırğınlarla müşayiət olunması minlərlə günahsız insanın həyatına son qoymuş və hal-hazırda da bu təcavüz davam etməkdədir.

Beynəlxalq ictimaiyyəti bütün qanunların kobudcasına pozularaq həyata keçirilən insanlıqdan uzaq bu cür vəhşi, amansız hadisələrə laqeyd qalmamağa və Azərbaycan xalqının pozulmuş hüquqlarının bərpa olunmasında birgə mübarizəyə çağırırıq.

Eyni zamanda Akademik Milli Dram Teatrının rəhbərliyi və bütün kollektivi Ermənistanın və erməni hərbi cinayətkarlarının bu növbəti vəhşiliyini qətiyyətlə pisləyərək, düşmənə qarşı mübarizədə dövlətimizin rəhbərliyini və qüdrətli ordumuzu tam mənada dəstəklədiyini bəyan edir.

Kollektivimiz adından həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralanan Sərvinaz Quliyevanın tezliklə şəfa tapmasını diləyirik".

# 840 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
# # #