Kosmonavtlar uçuşdan qabaq niyə Rüstəm İbrahimbəyovun filminə baxırlar?

Kosmonavtlar uçuşdan qabaq niyə Rüstəm İbrahimbəyovun filminə baxırlar?
6 iyul 2017
# 16:47

Baykonur kosmodromundan Beynəlxalq kosmik stansiyaya yollanmazdan əvvəl kosmonavtlar adətən “Səhranın bəyaz günəşi” filmini izləyirlər.

Sözügedən film 1969-cu ildə çəkilib. Rejissoru Vladimir Motil, ssenari müəllifləri Rüstəm İbrahimbəyov və Valentin Yejovdur. Film vətəndaş müharibəsi illərində Abdulla və hərəmlərini quldurlardan xilas edən Suxov adlı qızılorduçudan bəhs edir.

Film Eksperimental Yaradıcılıq Studiyasında “Mosfilm” və “Lenfilm” istehsalat bazasında çəkilib. Sovet kinematoqrafının ən məşhur filmidir, qəhrəmanların replikaları zərb məsəldir. Çoxarvadlılıq kimi şərq motivi bu sovet filminə özəllik və populyarlıq gətirib. Anatoliy Kuznetsov, Kaxi Kavsadze, Tatyana Fedotova kimi aktyorların çəkildiyi film həm də 1998-ci ildə Rusiyanın Dövlət Mükafatına layiq görülüb.

Buna qədər yazılanlarda bu filmlə kosmonavtlar arasında hansısa əlaqə tapmaq çətindir. Sirrin üstünü “Soyuz TMA-17” kosmik gəmisinin kapitanı açır: “Bu film ekipajı çəkilişlərə hazırlamaq üçündür”.

“Səhranın bəyaz günəşi” filmi kosmonavtlara kinoçəkilişi öyrətmək üçün dərs vəsaiti kimi istifadə olunur. Planın qurulmasını, kamera qoyuluşunu, məkanın seçimini və s. öyrənmək üçün bu film çox idealdır.

“Səhranın bəyaz günəşi” bu mənada operator işi üçün etalondur. Xatırladaq ki, filmin operatoru Eduard Rozovskiydir.

Ən çox baxılan sovet filminə ən çox baxan kosmonavtlar imiş.

# 1012 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
# # #