Türk əsgəri Əhməd bəy Ağaoğluna niyə müraciət etmişdi? – NADİR SƏNƏDLƏR

Türk əsgəri Əhməd bəy Ağaoğluna niyə müraciət etmişdi? – <span style="color:red;">NADİR SƏNƏDLƏR
4 iyul 2017
# 11:59

Kulis.az “Osmancıq Əhməd bəy Ağaoğluna niyə müraciət etmişdi?” məqaləsini təqdim edir.

Abid Tahirli

filologiya elmləri doktoru

doç.dr. Mehdi Gəncəli

(İstanbul)

Türk-islam dünyasının nadir zəka sahiblərindən və mücahidlərindən Əhməd bəy Ağaoğlunun bu rəsmi ötən əsrin 20-ci illərinin əvvəllərində nəşr olunan Türkiyə qəzetlərinin birindən götürülmüşdür.

Birinci Dünya Müharibəsində məğlub olan Osmanlı Türkiyəsi ilə Böyük Britaniya arasında 1918-ci il oktyabrın 30-da bağlanmış Mudros müqaviləsinə görə, Türkiyə Cənubi Qafqaz, o cümlədən Azərbaycandan hərbi hissələrini çıxarmalı idi. Cənubi Qafqaz Böyük Britaniyanın nüfuz dairəsi elan olunur və noyabrın 17-də Bakıya ingilis qoşunları yeridilir. N.Usubbəyov, Ə.Ağayev və M.Rəfiyevdən ibarət Azərbaycan nümayəndə heyətinin İrandakı ingilis qoşunlarının komandanı general Tomsonla Ənzəlidə apardığı danışıqlar səmərəsiz olur. General Tomson Ənzəlidən Bakıya yola düşməzdən əvvəl bir neçə bənddən ibarət bəyannamə ilə çıxış edir və bildirir ki, noyabrın 17-si saat 10-a kimi Bakı həm türk, həm də Azərbaycan qoşunlarından təmizlənməlidir.

Bu xəbər Bakını erməni quldurlarından azad etmiş şanlı Qafqaz İslam Ordusunun əsgərlərini də məyus edir, onlar hər an canlarını fəda etməyə hazır olduqları Azərbaycandan - qardaş ölkədən ayrılmaq istəmirlər. Bir osmancığın Türkiyə və Azərbaycan tarixində misilsiz xidmətləri olan Əhməd bəy Ağaoğluna ünvanlandığı məktub bu duyğuların tərcümanıdır.

Yeri gəlmişkən qeyd edək ki, bu məktubun izinə 2015-ci ildə Türkiyəyə səfər zamanı əldə olunan «Avukat Süreyya Ağaoğlu. Bir ömür böyle geçti» (Arşiv kataloqu. 1898-1992) adlanan və nadir sənədlərin toplandığı dəyərli kitab-kataloqu (Qadın Əsərləri Kitabxanası və Bilgi Mərkəzi Vəqfi. İstanbul Barosu yayınları, 2010. 520 səh.) əldə etdikdən sonra düşmüşdük. Katoloqa Əhməd bəy Ağaoğlunun qızlarından yalnız Şərqin, Türk-İslam dünyasının ilk qadın vəkili, hüquqşünası Sürəyya Ağaoğluna (1903, Şuşa-29 dekabr 1989, İstanbul) aid sənədlər əksini tapmışdır.

Tezər və Gültəkin xanıma məxsus şəxsi sənədlərlə bağlı məlumatlar kataloqa daxil edilməmişdir. Peşəkarlıqla tərtib olunmuş kataloqda Sürəyya xanıma aid 5 minə yaxın şəxsi sənəd haqqında məlumat mövzuya uyğun təsnif edilərək nəşr olunmuşdur (ətraflı bax: Abid Tahirli. Türkiyə tarixində iz qoyan bacılar. "Ədəbiyyat qəzeti", 23 yanvar 2016; modern.az, 24 yanvar 2016.)

Kataloqda əksini tapan ailə şəkilləri, məktublar, iş sənədləri, vizitkalar, pasportlar, gündəliklər, qəzet kəsikləri, broşür və digər rəsmi sənədlər bu gün mühüm tarixi və ictimai əhəmiyyət kəsb edir. Kataloqa «Ön söz» yazan prof.dr. Bəkir Kamal Ataman bu barədə bəhs edərkən fikrini belə ifadə etmişdir: «Ailənin şəcərəsi Osmanlı imperatorluğundan bugünədək Türkiyənin ictimai həyatına çox önəmli töhfə vermiş bir ailə ilə tanışlığa vəsilə oldu».

15 Teşrin-i sâni [noyabr] 1918

Muhterem Ahmed Beyefendi

Bütün Türk ordusunun Bakü’yü alelacele [təcili olaraq] tahliye etmesi [tərk etməsi], zabıtan [zabitlər] misafirhanesinin akşam boşaltılması, Osman’la beni hayli düşündürdü ve biraderiniz Hüseyin beyle ba’de’l-müzakere [müzakirədən sonra] muvakkaten [müvəqqəti olaraq] Gence’ye gitmeye karar verdik. Ol tarafa pek az para ile hareket ediyoruz. Avdetiniz akabinde [siz döndükdən sonra] bize süratle talimat-ı lâzıma [lazımi təlimatı] vereceğinizi ümit ediyoruz. Adresimiz Gence’de Samed Bey Yusufbeyof vasıtasıyladır. Bendeniz gerçi müsait şerait tahsisinde Kafkasya’da çalışmak taraftarı olsam da, Osman Cevri, ailesini düşünmekten adeta daüssılaya [vətən həsrətinə] uğradı. Gece gündüz İstanbul’u, çoluk çocuğunu düşünüyor ve Ahmed bey müsaade etse de İstanbul’a gidebilsem diyor.

Ellerinizi öperiz muhterem Ahmed Beyefendi

Tevfik (soyadı oxunmur)

Təbii sual çıxır: Osmancıq niyə məhz Əhməd Ağaoğluna müraciət edir, ondan təlimat gözləyir, icazə istəyir?

Bu məktub - tarixi sənəd bir daha Qafqaz İslam Ordusunun müşaviri, bütün türk-islam dünyasının ədəbi-mədəni və ictimai-siyasi fikir tarixində diqqətəlayiq yer tutan Əhməd bəy Ağaoğlunun nüfuzundan, onun Qafqazda cərəyan edən hadisələrə təsir gücündən xəbər verir.

Bu sənəd, həm də onu deməyə əsas verir ki, Qafqaz İslam Ordusunun Azərbaycanda bütün fəaliyyəti Əhməd bəyin tam nəzarəti altında həyata keçirilmişdir.

# 1288 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
# # #