Kabab üstdən sərin su...

Replika

 

Əlbəttə, hər kəsin bir dincəlmək anlayışı var. Təbiətə çıxmaq yay uzunu şəhərdə tüstü udanların ümumi arzusudur. Şəhərdə yaxın boz binalar görən gözümüz uzaqlıqlar, yaşıllıqlar görsün, ayağımıza torpaq dəysin deyirik, xoşbəxtlikdən məhz bizim payımıza düşən gözəlliklərə.

 

Gedirik, gedirik, görürük ki, bir gözəl şəlalənin ətrafında kabab çəkirlər. Əlbəttə, nolar ki? Ayda ildə bir çıxıb kabab yeməyi çox görməyəcəm ki? Amma iş ondadır ki, bu arzunun özü qəribədir: məhz o şəlalənin altında kabab yemək. Niyə? Başqa yerdə yeyib o yerə sadəcə baxmaq olmazmı? Niyə yemək yemək üçün baxmalı yerləri zəbt edirik ki? Axı o şəlalənin, hündürlüyün üstündə dayanıb sadəcə olaraq uzaqları seyr etmək, ruh rahatlığı tapmaq olar. Oysa insanlar dincəlməkdənsə bir birinə mane olur. Ümumiyyətlə, dincəlmək təkadamlıq məsələdir, xüsusən təbiətdə kollektiv şəkildə dincəlmək çox vaxt ibtidai icmaya qayıtmaq kimi olur.

 

İl uzunu rejimdə olan adamların hər şeyi birdən istəməsi anlaşılandır. Yalnız axarlı-baxarlı yerlərdə stollar düzüb müştərilərə min dürlü yeməklər təklif edən xidmət sahələri bir bələdçi ilə gəzinti–eksursiya turları da etsə, bununla alternativ istirahət yollarını da göstərsə olmazmı?

 

Əgər pendir-çörək götürüb təbiətə çıxmaq insanın öz ağlına gəlmirsə.

 

Yoxsa ki, “o dağın başında çay içdim”, “o şəlalənin altında kabab yedim” dincəlmək ola bilməz.

 

LENT

16 İyul 2018
15 İyul 2018
14 İyul 2018
13 İyul 2018
12 İyul 2018