Dünyanın ən amansız 10 qatilinin edam qabağı SON SÖZÜ

<b>Dünyanın ən amansız 10 qatilinin edam qabağı <span style="color:red;">SON SÖZÜ </b>
23 iyun 2017
# 14:00

Onlardan bəziləri əfv diləyib. Lakin heç də hamısı peşmanlıqla dünyadan getməyib. Kulis.az dünyanın 10 ən amansız qatilinin edamdan əvvəlki son sözlərini təqdim edir.

1. Ölüm cəzasına məhkum olunmuş 75 yaşlı Tommi Artur məhkəmə ilə mübarizə apararaq 7 dəfə ölümcül iynədən yaxa qurtara bilmişdi. 2017-ci ildə ölümündən əvvəl o öz qızına sevgi etirafı edib: “Mən səni sevirəm.”

2. Silsilə qətllər müəllifi Ted Bandinin qurban siyahısında 30 dan çox insan olub. 2012-ci ilin mayında məlum olub ki, Ted 100 dən artıq adam öldürüb. Onu 1989-cu ilin 24 yanvarında elektrik stuluna bərkidirlər. Son sözləri isə bunlar olur: “İstəyirəm sevgilərimi ailəmə və dostlarıma çatdırasınız”

3. Ailəni öldürüb qaçan Cimmi Qlass 1987-ci ildə elektrik stuluna oturur. Həm də bu sözlərlə: “Kaş mən balıq tutmaqla məşğul olardım”.

4. Tomas Qrasso iki təqaüdçünün ölümündə təqsirli bilinib. Son sözləri ilə o həbsxana əməkdaşlarına müraciət edib. Ona istədiyi spagettidən verilməyib, o, buna etiraz edib. Tomas 1995-ci ildə ölümlə cəzalandırılıb. Son sözləri isə bunlar olub: “Mən öz istədiyim spagettidən ala bilmədim. Ala bilmədim. İstəyirəm mətbuat bunu bilsin”.

5. Eylin Uornosu yeddi kişinin ölümündə təqsirləndiriblər. Qadın bu kişiləri öldürməkdə müdafiə məqsədi güddüyünü deyib. Onun fikrincə bu kişilər onu zorlamaq istəyib. “Mən qayaya doğru üzürəm. Müstəqillik günü kimi geri qayıdacam. İsa peyğəmbər ilə, 6 iyunda qayıdacam. Filmlərdəki gəmi kimi...”

6. Ceyms Frençi öz kamera yoldaşının ölümündə günahlandırıblar. Bundan əvvəl o, maşınında getdiyi kişini öldürüb. “Yazın bunu tarixə. Bu başlıq necədi? Kartof Free!”

7. Kerrol Parr 2013-cü ilin mayında İspaniya vətəndaşının ölümü ittihamı ilə cəzalandırılıb. O, bütün proses boyu öz günahsızlığını iddia edib, amma əsl günahkarları da satmayacağını deyib. Kerrolun dünyaya son sözü bu olub: “Mən qayıdacam. Artıq yoldayam”

8. Vəhşi ləqəbli Piter Manueli 1958-ci ildə asıblar. 7 dən artıq adamın ölümündə və zorlanmasında təqsirli bilinib. Son sözü isə bunlardır: “Radionun səsini qaldırın. Mən sakitcə çıxıb gedəcəm.”

9. Silsilə qətllər törədən amerikalı Karl Pansram 1930-cu ildə asılır. O, oğurluq, qarət, yanğın törətməkdə, kişiləri və oğlanları zorlamaqda təqsirli bilinib. O, son sözünü hökmü icra edənə deyib: “Di cəld ol, it oğlu! Sən tərpənənə qədər mən 10 adam öldürərdim”

10. Amerika ordusunun keçmiş serjantı Timoti Ceyms 2001-ci ildə edam olunub. O, 1985-ci ildə Oklaxoma-Sitydə federal binanı partlatmaqda təqsirli bilinib. Partlayış nəticəsində 168 adamı həlak olub. Cinayətkarın son sözləri bunlar olub: “Mən öz taleyimin sahibiyəm. Mən öz ruhumun kapitanıyam!

# 1347 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
# # #