"Ulan Mövlud" demək varmış – Elvindən YENİ ŞEİRLƏR

"Ulan Mövlud" demək varmış – Elvindən <span style="color:red;">YENİ ŞEİRLƏR
23 iyun 2017
# 11:49

Kulis.az Elvin Bakiroğlunun yeni şeirlərini təqdim edir.

Metamorfoz

hamısı öz yerindədi,

baxır hardan baxırsan da.

yeni sevgilər doğulur

ayrılığın arxasında.

adama gülməli gələn

unutmağın sürətidi.

bu da yaşamaqdan ötrü

ömür - yol hərəkətidi.

üzmə dünyadan əlini,

sevin ki adamsan hələ.

yarın yoxa çıxsa belə

görürsən ki tamsan hələ.

bir adamın gələcəyi

başqasının keçmişidir.

sən öpdüyün əllər indi

kiməsə yemək bişirir...

Dırnaqarası şeir

dünya necə yerdi ki

bir qadın körpəsini zibil yeşiyinə bağışlayıb deyir:

“necə baxırsan bax”

yaxşı ki

fikir oxuyan cihaz kəşf olunmadı

ertəsi gün sevgi ölərdi

ot da bitməz sevginin öldüyü yerdə

eyni kabusu görər -

otların yuxusuna hər gün ac quzu girər

bir də görərsən

bir aşbazın qovulma səbəbi bir milçəyin intiharıdı

bir gəncin intiharı hamının ölümüdü

çünki bir gəncin intihar məktubunda belə yazılıb:

“hamınızı öldürməyə gedirəm”

sonra bir evi sökərlər – bir küçənin dişi çəkilər

o küçədən bir qadın köçüb gedər

o qadının yolundan bir kişi çəkilər

deyərlər ki:

“ölümün ayıra bilmədiyi cütlüyü həyat ayırdı

onlar ayrılığı istəmirdilər

ayrılıq onları arzulayırdı”

dünyanın ən uzun ölçüsüdü “ehtiyacın əlləri”

və ən böyük yeridi “keçmiş sevgililər qəbristanlığı”

dünya da belə yerdi -

ölü ürəklər döyünür qəbir evlərdə

məsələn belə də olur

cavan oğlan anasını qocalar evinə qoyub tapşırır:

“yaxşı baxın, elə bilməyin yiyəsizdi.”

Mövluda

sənin gülən gözlərinə

baxıb gülümsəmək varmış.

"ulan Rza"nın yerinə

"ulan Mövlud" demək varmış.

artdı yoxa bürünənim,

göy üzündə görünənim.

ömür boyu sürünənin

içində kəpənək varmış.

ötən günəm, ötən çağam,

hər gün sınan oyuncağam.

sən ölmüsən, mənsə sağam,

məndə də nə ürək varmış...

# 1729 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #