Məşqə gecikən aktrisa - FİLM

Məşqə gecikən aktrisa - FİLM
21 iyun 2017
# 15:18

“Gecikmə” bədii-sənədli filminin qəhrəmanı Ağdam teatrının (Ağdam Dövlət Dram Teatrı) aktrisası Fəqumə Yusifovadır. Biz onunla ilk olaraq məişət həyatında tanış oluruq. Ev süpürən qadın Almaniyadakı böhran haqda danışan televizorun səsini alıb rəqs havası qoyur və rəqs etməyə başlayır. TV-cəmiyyət kənarlaşdırılır. Kadrarxası səs sanki tamaşaçı ilə dialoqa girir:

- Sizdə tez-tezmi olur ki, hər şeyi kənara atıb oynamağa başlayırsız?

Gözləmədiyimiz halda bu suala rəqs edən qəhrəman cavab verir. Burdan o yana film, qəhrəman ekzistensial gerçəklik pəncərəsindən baxmağa başlayır.

Fəqumə xanımın yaşadığı qəsəbəyə avtobus işləmir, o, həftənin altı günü, yağışda, palçıqda teatra yolu piyada gedir. Bu mübarizə nə üçündür? Film boyu biz teatrı görmürük-aktrisa bir türlü gedib teatra çıxa bilmir. Teatr görünməyən, nəhəng bir sənət obrazıdır. Tamaşaçı ilə ali görüş nöqtəsidir. Amma aktrisa o teatra gedib çata bilmir. Gecikmə adı həm də buna aksent edir. Əgər müəlliflər filmdə Ağdam teatrını göstərsələr film əyalət teatrının aktrisası haqda ənənəvi film olacaq. Daha məhdud bir müstəvidə dartışılacaq.

Film boyu hiss edirik ki, o, dünyaca məşhur dramaturqun – Şekspir - əsərlərinin adını deyə bilmir. Bəs doğrudan bu mübarizə nə üçündür?

Hər ciddi-cəhdinə baxmayaraq, ayaqqabılarını belə dəyişsə də qəhrəman teatra gedib çıxa bilmir. Onun bu cəhdləri tamaşaçıda hər hansı təəssüf oyatmaq üçün deyil. Bu cəhdlər hər hansı acımadan daha böyükdür. Yəni, qəhrəmanın getdiyi palçıqlı sənət yolunun absurdluğu heç bir şəkildə qəhrəmanın fərdi mübarizəsinə kölgə salmır. Biz həyatdan qorxmayan, komplekssiz, və ruhunu qoruya bilən adamı görürük. O, müharibə, əziyyət, kasıblıq yaşayıb, amma həyatının bir özəlliyi peşəsi olub. Qəhrəman can atdığı teatrın dahilərini tanımır bəlkə də. Amma o, güclüdür. Özündən özünə aparan yolu hər gün gedəcək qədər güclüdür.

O dahiləri tanımaqdan güc aldıqmı biz? Film tamaşaçını yenə də özü ilə baş-başa qoyur. Film müəlliflərin gerçəklik qarşısında əliyalın insanına bir çağırışdır; “getməyə yol saxla!” ismarıcıdır. Bu film daha çox tamaşaçının özü haqqındadır, nəinki əyalət teatrının aktrisası haqda. Fəqumə Yusifovasa tamaşaçı haqda filmdə öz payına düşən rolu parlaq oynayır.

Aran Film Yaradıcılıq mərkəzi və Nova Gorica kino mərkəzində çəkilən “Gecikmə” filminin ssenari müəllifi Sevda Sultanova, rejissoru Tahir Tahiroviç, operatoru Faiq Kərimov, prodüseri İqbal Məmmədəliyevdir.

# 1258 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
#
#
# # #