Putin özü haqqında çəkilən filmdən danışdı

Putin özü haqqında çəkilən filmdən danışdı
13 iyun 2017
# 10:48

Amerika kinorejissoru Oliver Stonun Rusiya prezidenti Vladimir Putin haqda çəkdiyi film bu günlərdə nümayiş olunacaq.

Kulis.Azın rus mətbuatına istinadən verdiyi xəbərə görə, film Putinlə rejissor Oliver Stounun intervüsü əsasında qurulub və onlar 4 seriyalı film boyunca müxtəlif mövzulardan danışırlar. Epizodlardan birində V.Putin Stenli Kubrikin “Doktor Streynclav və ya necə oldu ki, mən daha qorxmadım və bombanı sevdim” filminə şərh verir. Onun fikrincə müəllif “texniki nöqteyi-nəzərdən bir çox məsələləri əvvəlcədən görürmüş”. Filmi şərh edərkən Putin silahlanmanın müasirləşdikcə mürəkkəbləşdiyini və təhlükəli şəkil aldığını söyləyib.

Xatırladaq ki, Oliver Stounun 4 seriyalı “Putinlə müsahibə” filmi iyunun 19-22-də Rusiyanın birinci kanalında nümayiş olunacaq.

# 998 dəfə oxunub

Oxşar xəbərlər

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
# # #