Anlamadıqca burnu uzanan adamlar

Anlamadıqca burnu uzanan adamlar
9 iyun 2017
# 16:01

Karikaturaçı-rəssam Rəşid Şerifə can sağlığı diləyiylə

Mətbuatdan ilk oxuduğum “məqalə” bəlkə elə karikaturaçı-rəssam Rəşid Şerifin karikaturalarıdır.

90-ların ortasındanmı, ya axırındanmı, xatirimdə deyil, qəzetləri açan kimi onun karikaturalarını axtarırdım. Bunlar ən tez oxunan müəllif məqalələri idi. Ölkədə baş verənləri anlamaq üçün, görünməyəni görmək üçün, ya da sadəcə olaraq, karikaturadakı məna qatlarını tapmaq zövqünü yaşamaq üçün öz küncüm var idi. O zaman məktəbli idim. Hər kəsin, sinifdə xadimədən tutmuş, bulaqdan su daşıyan uşaqlara qədər hər kəsin siyasi-ictimai mövzularda mülahizələr səsləndirdiyi, özünü ölkənin söz haqqı saydığı bir zaman idi.

Ta o vaxtdan bir qədər əvvələ qədər qəzet səhifələrində hali-məczubumuzu anladan, tək bizim deyil, zaman, gerçəklik, cəmiyyət arasında qalan günün insanını, dünyanın halını çizən karikaturaçı rəssamın teatr işləri ilə çox sonra tanış olacağam. Hələliksə, onun anlamaq istəyən, dünyanın işlərinə mat-məətəl qalan, anlamadıqca burnu uzanan, uzandıqca hegemonlaşan, avam, əbləh, əlacsız, qəhrəmanlarını izləyirdim.

Onlar müxtəlifdir, amma onları bir şey birləşdirir.

Əlbəttə burunlarının quruluşundan başqa...

Onlar hamısı məhkumdur; bu dünyaya, bu cəmiyyətə, bu düzənə və nəhayət Rəşid Şerifin karandaşına...

Onlarda mənfi-müsbət bölgüsü yoxdur. Bu karikatura çərçivəsində qəhrəman sözü şərtidir. Böyük bir əbədiyyət içində uzağı görə bilməyən tiplər var. Qəhrəman yox, tipaj olsa belə, nə qədər konkret hadisəyə aksent etsə belə, bu karikaturaların kiçik çərçivəsi daxilində əbədiyyət atmosferi var.

Sifətsiz tipajlarda əbədi məhkumluq var.

Bu cəzaçəkmə küncündə bir karikatura xüsusilə yadımda qalıb:

Müasir Sizif mətbuat səhifələrindən ibarət yükünü zirvəyə diyirlədir. Kürənin üstündə daha başqa biri öz yükünü ona sarı itələyir. Bu karikatura çoxqatlılığı ilə bahəm, əbədi cəza təəssüratı ilə yaddaqalandır.

Hətta əbədi olmasa belə, çox böyük bir zaman: “Əcəb epoxaya düşmüşük...”

...Uca Tanrıdan Rəşid müəllimə can sağlığı diləyirəm.

Image result for karikatura Rəşid

# 2360 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #