Seksdən qorxan azərbaycanlılar

Seksdən qorxan azərbaycanlılar
27 noyabr 2019
# 21:00

Biz niyə seksdən qorxuruq?

Seks adı gələn kimi niyə əllərimizi qalxan kimi üzümüzə tuturuq?

Nə olub? Nə ayıb sözdür ki?

Elə adamlar var, pusquda dayanıblar ki, hansısa saytda sekslə bağlı başlıq olsun, həmən dəqiqə milçək şirəyə daraşan kimi əxlaq dərsindən cümlələri o xəbərin altına yapışdırırlar: “Səviyyəsizlər”, “Bizim mənəvi əxlaqımız var”, “Bəsdirin bu cür şeylərlə oxucu tutdunuz”.

Lütfən, sona diqqət. Tora düşən oxucu özü deyir bunu: “Oxucu tutdunuz”. Sənin nə işin vardı bəs burda? Oxumaq istəmirsən, keç get. Amma dərd bumu? Dərd söylənəsi deyil.

Mən başa düşmürəm bu camaatı. Həqiqətən. Seks söhbətinə cumurlar, daha çox bu barədə xəbərləri, yazıları oxuyurlar. Sonra da deyirlər, bunlar lazım deyil, maarifləndirin. Maarifləndirməyə başlayırsan, Pamukdan, Ekodan, Prustdan yazı paylaşırsan sıfır reaksiya. Hardadı bəs o maarifpərvərlər? İndi bir seks xəbəri paylaşaq, görün necə ortaya çıxacaqlar. Elə bil porsuğun yuvasına tüstü buraxırsan.

Məhz buna görə də bizdə seks xəbərləri, sekslə bağlı yazılar daha çox olmalıdır. Nə vaxta qədər? O vaxta ki, o zaman artıq seks sözü heç kimi diksindirməsin, iyrəndirməsin. Seks sözü hər yerdə göstərilməlidir. İnsanlar artıq bunu rahat qəbul eləsinlər. Daha aqressivləşib avtobuslarda, metrolarda seks sözünün “s” hissəsini reallaşdırmasınlar. Qışqıra-qışqıra telefon nömrələri deməsinlər. Ona-buna yazıb bezdirməsinlər.

Seks hər yerdə olmalıdır. Hər yerdə. Necə olur ki, təkliyə çəkilib porno axtarırlar, ancaq seks sözünə rast gələn kimi dəliyə dönürlər. Ən çox da bədbəxt yazıçılarımızı buna görə qınayırlar. Nə var, nə var bizim yazıçı əsərində erotika yazıb. Pah atonnan! Dünya dağılıb ki, sən demə.

Mən əlinə balta alıb seks sözü işlədənləri qətlə yetirməyə çalışanların əksinə düşünürəm ki, cəmiyyətdə aqressiyanın yatırılması üçün bu cür yazılar daha çox olmalıdır. O qədər bol olmalıdır ki, axırda insanlar bezsinlər, yorulsunlar. Və nəhayət o zaman gedib Prustu, Kafkanı, Ekonu oxusunlar. Yəni öz dedikləri kimi: “Maariflənsinlər”.

# 3644 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #