Son illərin 5 böyük türkü - Siyahıda Orxan Pamuk da var...

Son illərin 5 böyük türkü - <span style="color:red;">Siyahıda Orxan Pamuk da var...
26 may 2017
# 12:24

“Hürruyət” qəzeti son illər dünyada ən çox uğur qazanan 5 böyük türk sənətçisinin siyahısını hazırlayıb. Kulis.az həmin siyahını təqdim edir.

1. Selda Bağcan

Image result for selda bağcan

60-cı illərdə başladığı musiqi karyerası ilə sənət aləmində özünəməxsus yeri vardı. Son illər qatıldığı beynəlxalq festivallar nəticəsində daha da çox diqqət mərkəzinə gəldi. O, yeni nəslə qəribə gəlsə də, dünya səviyyəli müğənnidir.

2. Fatih Akın

Image result for fatih akın

2004-cü ildə Berlin Kinofestivalının “Qızıl ayı” mükafatını və 2007-ci ildə Kann Film Festivalının Ən yaxşı ssenari mükafatını alaraq dünya kinosunda öz yerini aldı. Geniş kütlə tərəfindən tanınmasa da sənətsevərlərin qürur mənbəyi olan ssenarist-rejissor bu gün də yaradıcılıq fəaliyyətini uğurla davam etdirir.

3. Orxan Pamuk

Image result for orhan pamuk

Yəqin ki, 2006-cı ilin Nobel ədəbiyyat mükafatının adını çəkmək kifayətdir. Dünyanın yüzdən artıq ölkəsində kitabı yayımlanan yazıçının tirajı 20 milyona yaxınlaşır. Xatırladaq ki, o, ədəbiyyat sahəsində ilk Nobel alan türk yazıçısıdır.

4. Nuri Bilge Ceylan

Image result for nuri bilge

Onun qazandığı müjafatı bir idmançı qazansaydı indi bir çox küçələrə adı verilmişdi. Bəlkə, adını daşıyan bir universitet də olardı. Özü bütün bunların fərqində deyil, əlbəttə ki! Növbəti filmləri üzərində işləyir və tamaşaçılar da maraqla gözləyir.

5. Fazıl Say

Image result for fazil say

O, Türkiyəni dünyada deyil də, dünyanı Türkiyədə təmsil edir. Musiqi kareyerası boyunca yaratdığı saysız-hesabsız əsərlərlə planetimizdə almadığı mükafat, konsert vermədiyi yer qalmayıb.

# 1155 dəfə oxunub

Oxşar xəbərlər

Daha bir serial yekunlaşır

Daha bir serial yekunlaşır

18:00 25 aprel 2024
“28 il sonra” filminin aktyor heyəti açıqlandı

“28 il sonra” filminin aktyor heyəti açıqlandı

17:30 25 aprel 2024
“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

17:00 25 aprel 2024
Məşhur aktyorda xərçəng aşkarlandı

Məşhur aktyorda xərçəng aşkarlandı

16:30 25 aprel 2024
Məşhur rejissor vəfat etdi

Məşhur rejissor vəfat etdi

16:00 25 aprel 2024
Azər Quliyev: "Ölkəmizi təmsil etməyə hazırıq"

Azər Quliyev: "Ölkəmizi təmsil etməyə hazırıq"

15:30 25 aprel 2024
#
#
# # #