Ehtirasını yoxlamaq üçün qadınlarla yatağa girən Qandi

Ehtirasını yoxlamaq üçün qadınlarla yatağa girən Qandi
25 may 2017
# 09:00

Şiddətsiz inqilab etməyin mümkünlüyünü nümayiş etdirsə də, əslində Mahatma Qandi müqəddəs deyildi.

Qadınlar, seks, zəncilər və aşağı kasta nümayəndələri ilə bağlı Qandinin qəribə fikirləri vardı. Hamının kübar, xoşxasiyyət kimi tanıdığı Qandi qəribə tərəfləri ilə seçilirdi.

1893-1914-cü illərdə Cənubi Afrikada vəkillik edən Qandi zənciləri insan yerinə qoymurdu. Onlardan xoşu gəlmirdi, zəncilər haqqında danışanda ağzından söyüş düşmürdü.

1903-cü ildə “ağ irq”in Cənubi Afrikaya hökm etməsi fikrini səsləndirdi. Ancaq 1908-ci ildə “ağlar” tərəfindən həbs olunmuşdu. Özü də zənci kimi damğalanmışdı...

Qadınlar haqqında düşüncələri də elə zəncilərə olan qəzəbinə bənzəyirdi. Qandinin əməlli-başlı qadın düşməni olduğu deyilirdi. Cənubi Afrikada işlədiyi vaxtlar iki gənc qadının təcavüzə uğraması hadisəsi baş vermişdi. Qandi günahı qadınlarda görmüşdü və saçlarının kəsilməsini tələb etmişdi. Hindistanın gələcək lideri düşünürdü ki, qadınlar təcavüzə təslim olduqları an insanlıqlarını itiriblər.

Qandiyə görə kişilər cinsəl istəklərinə nəzarət edə bilməyən varlıqlardı. Və bu istəkləri yaradan hər bir qadın günahkardır.

Rita Banerjinin “Seks və güc. Qandi” kitabında Qandinin qadınların menstruasiya olmasına münasibəti qeyd olunub: “Qadın ruhunun cinsi istəklər tərəfindən çürüdülməsinin nişanəsi”.

Image result for mahamatma qandi

Qandiyə görə, cinsi istəklər insanın azğınlığından xəbər verir. Bir insan həyatda 4 və ya 5 dəfə cinsi münasibət qurmalıdır. Qandi həyat yoldaşının fikrini almadan cinsi istəyə tövbə dedi və illərlə ona toxunmamışdı. Hətta nəfsini test etmək üçün bir neçə dəfə gənc qızların onun çarpayısında çılpaq vəziyyətdə yatmasını istəmişdi. Onlara toxunmur, ehtiraslanmırdı. Beləcə cinsi istəyini söndürdüyünü isbat edirdi.

Bu düşüncələrin mayası arvadı haqqında düşüncələrdən də qaynaqla bilər. Xəstə vaxtı başında pərvanə olan və onu həyata qaytaran qadın haqda Qandi belə düşünürdü: “Onun üzünə baxa bilmirəm. Dözülməzdi. Üz ifadəsi itaətkar inəyi xatırladır. Bir şey deyəndə eynən o inək kimi axmaq ifadə gəlib durur qarşında.”

Arvadı sətəlcəm olanda o vaxtlar üçün yenicə istifadə olunan pensilini almağa icazə verməmişdi. Qandi düşünürdü ki, bu yad maddədir və onun bədəninə girməsinə icazə yoxdur. Qadının halı pisləşdi və həmin il öldü. Bir neçə il sonra qızdırma olan Qandi yad maddə adlandırdığı pensilini alacaq və sap-sağlam ayağa qalxacaqdı.

# 2716 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
#
#
# # #