Amerikalıların Aya enmək yalanı - FAKT

Amerikalıların Aya enmək yalanı - FAKT
23 may 2017
# 13:52

Stenli Kubrikin Aya ayaq basan amerikalıları filmdə çəkdiyi haqqında müxtəlif məlumatlar yayılıb. Hər kəs bu sual haqqında düşünür:

“Görəsən, doğurdan amerikalılar aya ayaq basmışdılar, yoxsa bu Stenli Kubrikin aldatmasıydı?”

1969-1972-ci illərdə amerikalıların altı dəfə Aya ayaq basdığı iddia olunur. Ancaq bu həqiqətdirmi? Ola bilsin, Aya çıxmaqlarını dünyaya bildirmək üçün bir uydurma yaratdılar. Və o uydurmanı da Stenli Kubrik reallaşdırdı. Bir filmində Aya çıxan adamları göstərib hər kəsi heyran qoydu.

“Apolla 11” adlı gəmi 1969-cu ildə aya çıxmışdı. Amerikalı astronavtlar böyük uğur əldə etmişdilər, bütün dünya bu hadisəni nəfəsini tutaraq izləyirdi.

Görüntülər doğrumuydu?

Bir insan Aya ayaqmı basırdı?

Hamının gözü həqiqəti axtarırdı. Həqiqət isə tamam başqaydı. Amerika 1969-cu ildə astronavtlarını aya çıxarmamışdı. Bu tamamilə uydurma idi. Stenli Kubrikin illüziyası hamıya real bir hadisə kimi gəlmişdi.

kubrick-nasa-filmloverss

“Saxta Aya eniş” nəzəriyyəsinə görə, Amerika hökuməti NASA ilə razılaşdı ki, Stenli Kubrik guya Aya ayaq basanları kadra alsın. Yəni anlayacağınız saxta bir Ay yaratdılar. Başqa bir dünyanın başqa bir Ayı. Stenli Kubrikin təxəyyülündəki Ay...

Stenli Kubrik bu təklifi digər filmlərindəki kimi rahatlıqla qəbul edir. Ancaq sonradan filmi çəkdiyi üçün peşman olur və vicdan əzabı çəkdiyini dilə gətirir. Bir studiyada amerikalıların Aya ayaq basdığını çəkən Kubrik bu filmin arxasında Amerikanın ozamankı prezidenti Riçard Niksonun dayandığını deyib. Amerika xalqını aldatmaq üçün düşünülmüş bir film...

Bu saxtakarlığın içində yer almaqdan utanc duyan Kubrik sənət etibarını zədələdiyini düşünüb və bundan ötrü dəhşətli əzab çəkdiyini söyləyib.

Saxta film, saxta ay, saxta rejissor... Sonuncunu indi açıqlayacağıq. Kubrikin illər sonra verdiyi bu açıqlamalar, filmdən ötrü duyduğu narahatçılıq... Müsahibəsində görünən kişinin Kubrik olmadığı dilə gətirilir. Sən demə, bütün bunları deyən, saxtakarlığın içində yer almaqdan utanc duyan Kubrik də saxtaymış...

Ən azından çoxları belə düşünür...

Ekspertlərin sözlərinə görə, bu, Kubriki canlandıran aktyordur.

Söhbət Patrik Mürreyin sənədli filmindən gedir. Həmin sənədli filmdə Stenli Kubriklə müsahibəsi də yer alıb. İddiaya görə bu söhbət 1999-cu ildə baş tutub. Kubrikin ölümündən 3-4 gün əvvəl...

Bu söhbətin nə qədər real olub-olmadığını deyə bilmərik. Ancaq bu dəqiqdir: amerikalıların Aya enmə səhnəsi saxtadır.

Amerika Sovet İttifaqına rəqib idi və bu film də (The Shining'in Apollo 11) məhz bu səbəbdən çəkilib. Kubrikin dediyinə görə, amerikalılar Aya ilk dəfə çıxmaqla dünyaya səs salmaq istəyirdilər. Ancaq zaman Aya enişin yalnızca bir film olduğunu, uydurma olduğunu ortaya çıxardı.

# 1471 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Əkrəm Əylislinin, Anarın, Günelin xoşuna gəlmək üçün... - Necə yazmaq lazımdır?

Əkrəm Əylislinin, Anarın, Günelin xoşuna gəlmək üçün... - Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
# # #