“Mən sizi sevirəm”– İlqar Rəsulun hekayəsi

“Mən sizi sevirəm”– <span style="color:red;">İlqar Rəsulun hekayəsi
22 may 2017
# 12:59

Kulis.az İlqar Rəsulun “Kömür parçası” hekayəsini təqdim edir.

O divar uçurdulana qədər üzərinə kömür parçası ilə yazılmış o sözlərə sadiq qaldı.

İri hərflərlə "Mən sizi sevirəm!" yazmışdı gecə məhəllədə heç kim olmayanda o uşaq o evli qadının pəncərəsi baxan divara...

Payızda, yazda yağışlar işləri korlayırdı. Yağıb bozardırdılar hərfləri. Göz yaşları qadın gözlərinin sürməsini dağıdıb yanaqlarda qaraltdılar əmələ gətirdiyi kimi yağışlar da sevginin şah ifadəsinin kömürünü üzüaşağı axıdıb ağ suvaqda ləkələr əmələ gətirirdi.

Yağmursuz günlərdə, səhərlərin birində hərflər yenidən qaralır, sözlər aydın görünürdülər. Gecə gəlib kömürlə təzələyirdi o uşaq o qadına yazdığı sözləri: Mən sizi sevirəm!..

O binanın o səmtə baxan pəncərələrinin neçə qızı nişanlanandan, bəzən də ərə gedəndən sonra öyrənib bilmişdi ki, "Mən sizi sevirəm!" həyətin divarının ağ suvağına onun üçün yazılmayıbmış. Kimsə özgəsi üçün yazıbmış o sözləri.

Bircə o atılmış qadın bilirdi o sözləri o divara kimin yazdığını. Bilirdi yağışlı günlərdən sonra gecənin kimsəsizliyində xəlvətcə gəlib kömür parçası ilə hərfləri qaraldanın kim olduğunu. Görmüşdü bir gecə yenə əri evə gəlməyəndə səhərəcən yata bilməyib pərdənin arasından həyətə baxanda. O da bilmirdi kimə yazıldığını o sözlərin.

O uşaq əsgərlikdən məktub yazanda bilmişdi o qadın divardakı "Mən sizi sevirəm"in özünə yazıldığını. O uşaq məhəlləyə bayrağa bükülmüş tabutda gələndə qonşulardan ən çox ağlayanı da o qadın olmuşdu. Heç kimə bildirmədən, hər yağışlı günlər ara verəndə divardakı hərflərin qaraldılmasını seyr edərkən olduğu kimi, pərdənin arasından baxmışdı həyətin ortasına qoyulmuş cənazəyə, ağlamışdı...

Bu gün də elə ağlayırdı o qadın. Çoxdan hərflər təzələnmirdi deyə xeyli bozarmışdılar. Son bir həftədə ara verməyən yağışlar da lap bozartmışdı o sözləri. Bir-iki dəfə də belə yağsa "Mən sizi sevirəm" beşinci mərtəbənin o qadın baxan pəncərəsindən ta görünməyəcəkdi. Səhər gedib qonşuluqdakı kababxanadan kömür almışdı. Qərara gəlmişdi ki, gecə yarı əynini dəyişib, kapuşonda həyətə düşsün, divardakı yazını təzələsin.

Günorta həyətə buldozer gəlib divarı uçurtmağa başladı...

# 4924 dəfə oxunub

Oxşar xəbərlər

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
#
#
# # #