AYF-də növbəti kitab müzakirəsi

AYF-də növbəti kitab müzakirəsi
19 may 2017
# 14:58

Azərbaycan Yaradıcılıq Fondunda Araz Əhmədoğlunun iki kitabının müzakirəsi keçirilib. Qeyd edək ki, kitablar Kamal Abdullanın "Yarımçıq Əlyazma" və "Sehrbazlar dərəsi" romanları haqqında iki monoqrafiyadır.

Tədbiri giriş sözüylə açan Fondun aparat rəhbəri Qismət Rüstəmov bildirib ki, dünya səviyyəli əsərlər "Yarımçıq Əlyazma" və "Sehrbazlar dərəsi" haqqında işıq üzü görən bu kitablar xüsusi əhəmiyyətə malikdir. Qismət Rüstəmov qeyd edib ki, oxucular bu kitablar vasitəsilə Kamal Abdulla yaradıcılığı haqda geniş bilgi əldə edəcəklər. Kamal Abdulla yaradıcılığının sirrlərini çözmək cəhdlərində bu kitablar onlara kömək olacaq.

Sonra çıxış edən müəllif Araz Əhmədoğlu görüşün təşkilinə görə Fondun rəhbərliyinə təşəkkür edib. Kamal Abdulla yaradıcılığıyla tanışlığının tarixçəsini danışıb, kitabla bağlı təklif və iradlara açıq olduğunu qeyd edib.

Tədbirdə çıxış edən "Multikulturalizm" jurnalının baş redaktoru Fəxri Uğurlu, baaş redaktorun müavini Tahir Kazımlı, Bilik Fondunun əməkdaşı Ramilə Qurbanlı, AYF-nin sədr müavini Rafiq Kaşanlı, yazıçı Kənan Hacı kitabın əhəmiyyətindən danışıblar, təklif və iradlarını bildiriblər.

Tədbir fikir mübadiləsi formatında davam edib.

# 827 dəfə oxunub

Oxşar xəbərlər

Bakıda Qırğız Mədəniyyəti Günləri  keçiriləcək

Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək

16:40 20 aprel 2024
Moskvada Tağıyevin xatirə gecəsi keçirildi

Moskvada Tağıyevin xatirə gecəsi keçirildi

16:00 20 aprel 2024
DokuBaku Beynəlxalq Film Festivalına müaciətlə qəbul olunur

DokuBaku Beynəlxalq Film Festivalına müaciətlə qəbul olunur

15:00 20 aprel 2024
Nəvəsi Cavaşir Məmmədovu yad etdi

Nəvəsi Cavaşir Məmmədovu yad etdi

14:18 20 aprel 2024
Məşhur reper saxlanıldı - Səbəb

Məşhur reper saxlanıldı - Səbəb

13:35 20 aprel 2024
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi

Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi

13:06 20 aprel 2024
# # #